Beyni ilə görən "rentgen qadın" möcüsəsi: Raciv Qandiyə öləcəyi günü öncədən demişdi

22-08-2021 12:42
Yuliya Vorobyova        Yuliya Vorobyova

İnsan uzaq ulduzları, ucsuz-bucaqsız kainatı kəşfə çıxsa da, hələ heç özünü tanıya bilməyib. İnsan orqanizmi,xüsusən insan beyni qəribə və inanılmaz hadisələrlə öz möcüzələrini arabir nümayiş etdirir. 


Dalidag.az sizi qəribə bacarıqlara malik bir xanımla tanış edir:

1978-ci ildə 37 yaşlı kran sürücüsü Yuliya Vorobyovanı iş başında kranının sükanı arxasında 380 volt gücündə elektrik cərəyanı vurdu. Həkimlər çatanda o artıq ölmüşdü. Mərhum xəstəxanaya aparıldı. Evdə dəfnə hazırlaşırdılar, lakin ənənələrə görə o 3 gün dəfn edilmədi. “Tok vurmasının” üçüncü günü praktikant həkim morqda onun meyitini yarmağa hazırlaşarkən meyitin canlandığını hiss etdi. Yuliya ölməmişdi.
“Dirilmiş” Yuliyaya üçüncü qrup əlil status verildi və ailəsinə bildirildi ki, o çox yaşamaz. Yuliya gecələr ağrıdan qışqırırdı. Yarım il sonra onun gözləri tutuldu, həkimlər tamamilə kor olduğunu bildirdilər. Lakin günlərin birində Yuliyanın görmə qabiliyyəti özünə qayıtdı, həm də qəribə formada. O insanların içini də görməyə başlamışdı. Əvvəllər o yalnız adamların yemək yeyib yemədiyini görürdü. Sonra qonşunun inəyinin qarnındakı balanı fərq etdi. Anladı ki, anatomiyanı öyrənməsə gördüklərini anlamayacaq.O tibb texnikumuna daxil oldu və özü üçün insan anatomiyasının atlasını tərtib etdi. Öncə xəstə orqanları sağlam orqanlarda seçməyi öyrəndi. Daha sonra xəstəliklərə diaqnoz qoymağı da bacardı. Onun şöhrəti öncə Donetsk və ətraf şəhərlərə yayıldı. Nəhayət Kiyev Nüvə Araşdırmaları İnstitutunun alimləri də bu fenomen qadınla maraqlandılar. Onu tam qaranlıq otağa salıb insan gözünün görə bilmədiyi kiçik dalğalı işıq və lazer şüalarını görməyə dəvət etdilər. Yuliya yanılmadan bütün tapşırıqlara əməl etdi. Araşdırma zamanı məlum oldu ki, Yuliya Vorobyovadan gücül maqnit sahəsi axını var.İsveçrədə parapsixoloqların beynəlxaq konqresində o naməlum kəndlinin anadangəlmə anomaliyası barədə məlumat verməklə alimləri heyrətləndirdi.
Tanınmış aftolmoloq Svyatoslav Fyodorov öz klinikasında Yuliyanı diqqətlə müayinə etdikdən sonra məlum oldu ki? qadının gözləri kordur, lakin o hər şeyi görürdü. O Yuliyanın beyni ilə gördüyünü ehtimal edirdi. Yuliyanın beynəlxalq uğurları barədə dəmir pərdələrə bürünmüş SSRİ-də danışmırdılar. Lakin günlərin birində Yaltada onu tanınmış yazıçı Yuliyan Semyonova təqdim etdilər. Tanışlıqdan yarım saat sonra Yuliyanın istedadına heyran olan yazıçı bildirdi.”Sən əyalətdə itib batmamamlısan, Moskvaya gedirik”.
Moskvaya gəlişi ilə ona "rentgen qadın" adı verildi. Qəbulunda kimlər olmadı- siyasətçilər, mədəniyyət ulduzları. O hətta uçuşlardan sonra kosmonavtları da müayinə edirdi və “ sirli şəhərin fəxri qonağı” olmuşdu.
O Fransa prezidenti Mitteran və Hindistan rəhbəri Raciv Qandini də müayinə etmişdi. O hətta Qandiyə “sənin həyatının qara günü 1991-ci il 21 may günü” olacaq demişdi. Və həmin gün Raciv Qandi qətlə yetirildi. 28 ölkə gəzərək məşhur simalarla görüşən Yuliyanın həyatında Raisa Qorbaçovanın xüsusi rolu oldu. Yuliya yalnız müalicə etmir, itkin düşən adamların yerini deyir, gələcəyi də görürdü.Fotolarına baxmaqla kimin ölüb, kimin əsirlikdə olması barədə məlumat verirdi.
Bu gün Yuliya Fyodorovna keçmiş şöhrətini xatırlamağı sevmir. O Donetskdə ucqar bir kəndə hücraya çəkilib. Yaşı artıq 70-dən çoxdur. Deyir ki,illər öz verdiyini geri aldı, həm xəstələrlə ünsiyyətdən sonra o güclü enerji itirir , buna görə özü bir gün xəstə yatmalı olur. Maraqlıdır kİ. Yuliya özü və yaxınları barədə heç vaxt diaqnoz qoya bilməyib. O indi yalnız balaca uşaqlar xəstələnərsə onlara baxmaqla kifayətlənir.
O ki qaldı, o boyda şöhrətin ona maddi olaraq nə verməsinə. Bir çox Sovet adamları kimi Yuliya da sonrakı gün üçün nəsə yığmayıb, əsasən pulsuz müayinələr edib.
O keçmişi üçün peşman deyil. İnsanların təşəkkürünü ala bilməyi ən böyük sərvət hesab edir.”Xeyirxahlıq təmiz bulaq suyu kimi ruhu təmizləyir, aram edir.Bəlkə mən o dəhşətli qəzadan məhz elə buna görə sağ çıxdım. Missiyam bu idi” deyə o bildirib./bizimyol.info

Dalidag.az


Kateqoriya: Sosium
Tarix: 22-08-2021 12:42
Baxış sayı: 4317
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024