Reklam
“Azərbaycanlılar Xankəndiyə, ermənilər isə Gəncə və Bakıya gəlməlidir” – Qulu Məhərrəmli
17-08-2021 15:53
Dalidag.az bildirir ki, bu sözləri sfera.az-a açıqlamasında Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyası məqsədilə hansı addımların atılmalı olduğundan danışarkən, siyasi şərhçi Qulu Məhərrəmli deyib:
"Proses vəziyyətdən asılı olaraq sürətlə, yaxud, ləng gedə bilər. Dəfələrlə rəsmi səviyyədə deyildiyi kimi, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Onlar tədricən cəmiyyətimizə inteqrasiya olunmalıdır. Amma bu inteqrasiya onların içində, şüurlarında başlamalıdır. Birinci növbədə Azərbaycan qanunlarını, onun suverenliyini qəbul etməlidirlər. Həmin ermənilər Azərbaycan hakimiyyət strukturları ilə əməkdaşlığa getməli, özlərini ifadə etməli bələdiyyə, parlament seçkilərində iştirak etməlidirlər”. Q. Məhərrəmli sözügedən prosesdə fərdlərarası ünsiyyətə başlamağın ən vacib element olduğunu dedi:
"Vaxtilə olduğu kimi, ətrafla, qonşularla gediş-gəliş, ticarət, ünsiyyət, yarışlar təşkil edilməlidir. Azərbaycanlılar Xankəndiyə, onlar isə Gəncə və Bakıya gəlməlidir. Bu kimi üsullarla inteqrasiya olunmaqla düşmənçiliyi, ədavəti aradan qaldırmalıyıq. Ermənilər birdəfəlik unutmalıdır ki, Azərbaycandan torpaq qoparmaq cəhdləri mümkünsüzdür, onun heç bir sonu yoxdur, separatizm yolverilməzdir. II Qarabağ savaşında ermənilərin başı daşdan-daşa dəydi. Onlar sonluğu gördülər. Ona görə də Azərbaycan vətəndaşları olan ermənilər bundan ciddi nəticələr çıxarmalıdır. Məmləkətdə sülh və qarşılıqlı hörmət şəraitində yaşamalıdırlar. Bunun başqa yolu yoxdur”.
Kateqoriya: Sosium
Tarix: 17-08-2021 15:53
Baxış sayı: 2279Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17



























