Reklam
Söz hünərim, söz bayrağım olan Ana dilim
02-08-2021 16:18
1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür
Əxlaq dərsliyi
Mənim söz hünərim, söz bayrağım olan Ana dilimi anam kimi sevirəm
Ulu Öndər Heydər Əliyev demişdir: “Hər bir xalq öz dili ilə yaranır. Ancaq bu dili yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur. Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”.
Mənim ana dilim! Bu, o dildir ki, analarımız bizə beşik başında həyatın ən həzin simfoniyası olan laylanı bu dildə demişdir. Bu, o dildir ki, Füzuli eşqi, Nəsimi dözümü, Vurğunun Vətən sevgisi, Üzeyirin musiqi dünyası bu dildə ifadə olunmuş, zaman-zaman qanımıza, canımıza hopmuşdur.
Ana dili bizim müqəddəs sərvətimiz, anamızın dilidir. Ana dili ömrümüzə məna verən, onu gözəlləşdirən əxlaq dərsliyidir. Ana dili adicə bir ifadə deyil, ürəklərə hərarət gətirən, insanı öz keçmişinə bağlayan, gələcəyə səsləyən mənəvi xəzinədir. Ana dili bizim kökümüz, milli mədəniyyətimiz, milli əxlaqımızdır.
Dilsiz insan susuz səhralara bənzər. İnsan hələ körpə ikən dilin vasitəsilə ana laylasındakı doğmalığı duyur, hiss edir, eşitdiyi nağıllardakı hər sözün, hər ifadənin necə səsləndiyini öyrənməyə cəhd edir.
Mənim ana dilim Azərbaycan dilidir. Bu dil məni dünyaya gətirən anamın dilidir, üzərində boy atıb böyüdüyüm Vətənimin dilidir, Azərbaycan Respublikasının dövlət dilidir. Dil xalqın ən böyük mənəvi sərvətidir. Bu elə bir sərvətdir ki, xalqın hər bir fərdi onun vasitəsilə üzünüifadə imkanı əldə edir. Dil milli kimliyin sənədsiz təsdiq formasıdır.
Ümummilli Lider Heydər Əliyev gənc nəslin ana dilini düzgün, hərtərəfli və elmi əsaslar zəminində mənimsəməsini tövsiyə etmişdi: "Öz dilini sevməyən adam öz tarixini bilə bilməz. Ana dilini bilməyən gənc Nizamini oxuya bilməz. Füzulini oxuya bilməz. Cəlil Məmmədquluzadəni oxuya bilməz. Əgər onları oxuya bilməsə, o, tariximizi bilməyəcək, bizim mədəniyyətimizi bilməyəcək. Onları bilməsə, o, vətənpərvər olmayacaq, onda vətənpərvərlik duyğuları, hissiyyatı olmayacaq”.
Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və yabançı təsirlərdən qorunması, habelə bu dilin saflığı, təmizliyi istiqamətində Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyevin dil siyasəti, onun dilimizin inkişafı yönündə göstərdiyi tarixi xidmətlər əsl məktəbdir və bu məktəbin təcrübəsindən zaman-zaman istifadə olunacaq.
Azərbaycan dili bizim varlığımız və sərvətimizdir. Onun saflığını və müqəddəsliyini qorumaq, yad təsirlərdən qurtarmaq bizim borcumuzdur. Mən Azərbaycan ölkəsində yaşayıb Azərbaycan dilində danışdığıma görə fəxr edir və yazımı bir şeir bəndi ilə bitirmək istəyirəm:
Mənim ana dilim-mənim kimliyim,
Pasportum, özümə öz hakimliyim.
Məni həm babamla, həm də nəvəmlə
Bağlayıb uzanan tarix bağımsan.
Dünənim, sabahım, üstəlik, hələ
Mənim söz hünərim, söz bayrağımsan!
Aygül SADAYQIZI,
Bakı şəhəri, YAP Gənclər Birliyinin ictimai fəalı,
könüllü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Qızıl qələm” ali media mükafatı laureatı
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 02-08-2021 16:18
Baxış sayı: 3520
Yazı axını
10 / 01 / 2025
09 / 01 / 2025
09 / 01 / 2025
08 / 01 / 2025
07 / 01 / 2025
07 / 01 / 2025
07 / 01 / 2025
06 / 01 / 2025
05 / 01 / 2025
03 / 01 / 2025
02 / 01 / 2025
02 / 01 / 2025
02 / 01 / 2025
02 / 01 / 2025
01 / 01 / 2025
01 / 01 / 2025
31 / 12 / 2024
31 / 12 / 2024
31 / 12 / 2024
29 / 12 / 2024
28 / 12 / 2024
28 / 12 / 2024
27 / 12 / 2024
26 / 12 / 2024
26 / 12 / 2024
25 / 12 / 2024
Ən çox oxunanlar