Reklam
Azərbaycanlı 14 ali məktəbə qəbul oldu - Rekord göstərici
13-07-2021 15:55
BANM-dan verilən məlumata görə, o, müraciət etdiyi ABŞ-ın 15 ali məktəbindən 13-nə qəbul edilib. Həmin universitetlərdən 7-si Zahir Ağayevə tam təqaüd təklif edib.
Məzunun bu uğuru Azərbaycan üzrə rekord göstəricidir.
Bildirilib ki, təqaüd təklif edən universitetlərdən 4-ü doktorantura üzrədir. Bu isə bakalavr məzunu üçün olduqca yüksək göstəricidir. Zahir Ağayev daha bir neçə ali məktəbin ilkin qəbul imtahanlarından keçsə də artıq bu cür yüksək nəticələr əldə etdiyi üçün həmin müraciətlər üzrə yekun mərhələlərdə iştirakdan imtina edib. Onun seçimi ABŞ-ın Konnektikut Universiteti olub.
Zahir Ağayev 2016-cı ildə Dövlət İmtahan Mərkəzinin (DİM) qəbul imtahanından 650 bal toplayaraq BANM-in kimya mühəndisliyi ixtisasına dövlət sifarişi üzrə qəbul olub. Ali məktəbi 91.09 ümumi orta müvəffəqiyyət göstəricisi ilə bitirib./axar.az
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 13-07-2021 15:55
Baxış sayı: 3313Yazı axını
08 / 07 / 2026
08 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
04 / 07 / 2026
04 / 07 / 2026
04 / 07 / 2026
03 / 07 / 2026
02 / 07 / 2026
02 / 07 / 2026
02 / 07 / 2026
02 / 07 / 2026
02 / 07 / 2026
01 / 07 / 2026
01 / 07 / 2026
01 / 07 / 2026
Ən çox oxunanlar






























