Reklam
Aqil Məmmədov seçiciləri ilə görüşüb - ŞƏKİL
12-07-2021 19:13

Milli Məclisin Kəlbəcər rayonundan olan deputatı Aqil Məmmədov Bakı şəhərində Kəlbəcər rayonundan olan seçicilər üçün növbəti qəbul keçirib.
Dalidag.az -ın məlumatına görə, qəbulda işğaldan azad edilmiş Kəlbəcər rayonuna qayıdış, hazırda rayonda aparılan infrastruktur işləri haqda söhbət açılıb. Bu yöndə seçiiləri maraqlandıran suallar cavablandırılıb.
Millət vəkili A.Məmmədov məlumat verərək bildirib ki, ölkə Prezidentinin sərəncamı ilə yaradılmış Şərqi Zəngəzur iqtisadi rayonuna Kəlbəcər rayonunun da daxil edilməsi həm strateji, həm də sosial-iqtisadi baxımdan bizə böyük səmərə verəcək: “Cənab Prezidentin bu qərarı tarixi addımdır. Və həm keçmişə, həm də gələcəyə əsaslanır. Bu iqtisadi rayonun yaradılması “Şərqi Zəngəzur” terminini artıq rəsmiləşdirdi. Eyni zamanda, “Şərqi” olan bir bölgənin “Qərbi”nin də olması məntiqini ortaya qoydu. Hazırda, Qərbi Zəngəzur tarixi xəyanət nəticəsində Ermənistan ərazisindədir. Amma, biz ümidliyik ki, 44 günlük Zəfər savaşının nəticəsi olaraq biz Zəngəzur dəhlizi vasitəsilə tarixi torpaqlarımıza da ayaq basacağıq”.
Qəbulda seçicilər tərəfindən qaldırılan şəxsi məsələlərə diqqət göstərilib. Hər biri ilə bağlı əlaqədar dövlət qurumları ilə yerindəcə əlaqə saxlanılaraq ortaya çıxan problemlərin həlli üçün kömək istənilib.
Dalidag.az

Kateqoriya: Sosium
Tarix: 12-07-2021 19:13
Baxış sayı: 3385Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17



























