Reklam
Moskva görüşündə Paşinyana hansı təlimatlar verildi?
10-07-2021 11:17

"Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri və Vladimir Putinlə şifahi danışıqlar aparması, heç bir sənəd imzalanmaması Moskvanın mövqeyindən irəli gəlib".
Dalidag.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, Putin Paşinyana etibar etmir və onun hakimiyyətdən getməsində maraqlıdır: "Bu görüşdə Paşinyana əsas təlimatlar əsasən, hökumətində Rusiya yaxın şəxsləri nazir təyin etmək və Qərblə əlaqələrdə məsafə saxlamaq oldu. Təbii ki, təhlükəsizlik və bütün istiqamətlərdə Rusiyadan asılı olan Paşinyan Putinin bu təlimatlarını yerinə yetirəcək. Amma o, Rusiyanın gələn ildən mövqelərini zəiflətmək üçün planlı şəkildə fəaliyyətə başlayacaq. Orduda Rusiyaya yaxın generalları istefaya göndərməsi, özünə qarşı silahlı hərbi çevriliş cəhdinin qarşısını alır, həm də Moskvanın ordu üzərində nəzarətini neytrallaşdırır. Amma onun buna nail olmağı mümkün deyil. Çünki Rusiya Ermənistan ordusunu yenidən qurur və öz kadrlarını rəhbərliyə gətirəcək".
Politoloqun sözlərinə görə, Paşinyan müxtəlif istiqamətlərdə Rusiyanın təsirini azaltsa da, ordu üzərində buna nail ola bilməyəcək: "Onda nail ola bilər ki, Rusiyadan hərbi kömək istəməsin. Paşinyanın Moskvaya səfəri göstərir ki, o, bir müddət iki stolda oturmaq niyyətindədir. Ermənistanın çıxış yolu, Rusiyanın təsirini zəiflətmək, yalnız ordudan imtina etməsindədir. Darmadağın olan erməni ordusunu yenidən qurmaq Paşinyanın avrointeqrasiya siyasətinə mane olacaq və Moskvadan asılı saxlayacaq”./sfera.az
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 10-07-2021 11:17
Baxış sayı: 3314Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15



























