Reklam
Dövlət Komitəsində İsraildən gəlmiş qonaqlarla görüş olub - ŞƏKİL
08-07-2021 23:14

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev İsraildə fəaliyyət göstərən İqtisadi Sülh Mərkəzinin prezidenti Ayub Kara və mərkəzin informasiya-xəbər saytının redaktoru, siyasi təhlilçi Reyçel Avrahamla görüşüb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun ötən il torpaqlarımızı Ermənistanın işğalından azad etməsi nəticəsində bölgədə yaranan davamlı sülh, iqtisadi inteqrasiya və əməkdaşlıq imkanları, həmçinin məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə qayıdışı ilə bağlı aparılan hazırlıq işləri barədə qonağa ətraflı məlumat verilib.
Bildirilib ki, qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli Azərbaycan dövlətinin sosial siyasətinin prioritetlərindən olub. Prezident İlham Əliyevin tapşırığına əsasən, məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülüb. Birinci vitse-prezident xanım Mehriban Əliyeva hər zaman onların müraciətlərinə həssaslıqla yanaşır. İqtisadi Sülh Mərkəzinin prezidenti Ayub Kara səmimi söhbətə görə təşəkkür edib, ölkəmizə səfərinin təəssüratlarını bölüşüb. İsrailli qonaqlar paytaxtın Qaradağ rayonundakı “Qobu Park” yaşayış kompleksində məcburi köçkünlərlə də görüşüb, onlar üçün yaradılan yaşayış və iş şəraiti ilə, “Xarıbülbül istehsalat mərkəzinin fəaliyyəti ilə tanış olublar.
Dalidag.az


Kateqoriya: Sosium
Tarix: 08-07-2021 23:14
Baxış sayı: 3316Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15



























