Reklam
Şahlar Əsgərovun yeni kitabının təqdimatı keçirilib - ŞƏKİL
07-07-2021 22:16
İyulun 7-də Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərovun “Düzgün qərarın hikməti” və Əməkdar müəllim Asif Cahangirovun “Təhsilimiz: dünəndən sabaha” kitablarının təqdimat mərasimi keçirilib.Dalidag.az-ın xəbərinə görə, Təhsil Nazirliyindən bildirilib ki, mərasimdə çıxış edən nazir müavini Firudin Qurbanov hər iki müəllifin təhsil sahəsindəki xüsusi rolundan söz açıb.
Təhsil İnstitutunun (ARTİ) direktoru Rüfət Əzizov müəlliflərin Azərbaycanda elmi-pedaqoji fikrin formalaşmasında əvəzsiz fəaliyyətlərinin olmasını qeyd edib.
Tədbirdə çıxış edən Şahlar Əsgərov “Düzgün qərarın hikməti” kitabında ictimai həyatla və təhsillə bağlı mühüm məqalələrin toplandığını bildirib. Əməkdar müəllim Asif Cahangirov da çıxışında yeni yazdığı “Təhsilimiz: dünəndən sabaha” adlı kitabda təhsil problemləri və islahatlar mövzusuna toxunduğunu deyib.
Təqdimat mərasimində təhsil nazirinin müşaviri Elnur Nəsibov, Milli Məclisin deputatı Etibar Əliyev, ARTİ-nin direktor müavini Ənvər Abbasov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva və digər qonaqlar çıxış edərək hər iki kitabın müasir Azərbaycan təhsilinin inkişafına və islahatların sürətlənməsinə töhfə olduğunu vurğulayıblar./Azərtac
Dalidag.az

Kateqoriya: Sosium
Tarix: 07-07-2021 22:16
Baxış sayı: 3613Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15



























