Reklam
Toy üçün qeydiyyatdan keçənlərin sayı AÇIQLANDI - VİDEO
05-07-2021 09:31
.jpg)
Toy mərasimlərinin təşkili üçün icazə.e-gov.az portalında 956 tədbir qeydiyyata alınıb. Bəzi restoranlarda bir gündə iki və daha çox toy keçirilir. Restoran menecerləri deyir ki, nəzarət hər restoranda fərqli aparılır.
Dalidag.az xəbər verir ki, hazırda toylarla bağlı müraciətlərin sayı minə çatır. 1 iyul tarixindən müəyyən şərtlərlə toylara icazənin verilməsi həm pandemiyadan öncə toy planı quranları, həm də bu dövrdə öz yarını tapıb toy etməyi planlaşdıranları sevindirdi. Restoran menecerləri deyir ki, tarix məlum olduğu gündən müraciətlər başlanılıb.
Restoranların bəziləri toy etmək üçün tarix götürənlərlə gələn qonaqların Kovid pasportunun olmasına dair müqavilə bağlayır, bəziləri də müəyyən xəbərdarlıqlar edir. Bütün sanitar- gigeynik qaydalara əməl olunur.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzindən bildirilib ki, icazə.e-gov.az portalında şənlik mərasimlərinin keçirilməsi məqsədilə 956 tədbir qeydiyyatdan keçirilib. Bunların 336-sı Bakı şəhərinin, digərləri isə bölgələrin payına düşüb. Tədbirlər 55 rayon üzrə 259 şadlıq sarayını əhatə edir. Ən çox qeydiyyat sayı isə 1 iyul tarixində qeydə alınıb. Bu tarixdə 2299 əməkdaş və 383 tədbir üçün icazə alınıb. Xatırladaq ki, şənlik mərasimlərinin keçirilməsi ilə əlaqədar olaraq icaze.e-gov.az portalı 26 iyun tarixindən etibarən Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən aktivləşdirilib.
Kateqoriya: Sosium
Tarix: 05-07-2021 09:31
Baxış sayı: 2227Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15



























