Reklam

Qarabağ qazisi diaspor təşkilatlarının toplantısında iştirak edib
01-07-2021 19:21

Bu sözləri Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə xaricdəki Azərbaycan Evlərinin və Azərbaycanlıların Koordinasiya Şuralarının iyunun 26-da Türkiyənin İstanbul şəhərində keçirilmiş birgə toplantısının qonağı olan Füzuli rayonundan məcburi köçkün, birinci və ikinci Qarabağ müharibələrinin veteranı, hərbi təqaüdçü Adil Quliyev deyib. O, ötən ilin oktyabrında Füzuli uğrunda döyüşlərdə aldığı ağır qəlpə yarasının müayinəsi və müalicəsi üçün “Yaşat” fondu tərəfindən qardaş ölkəyə göndərilib və İstanbuldakı “Avrasiya” klinikasına yerləşdirilib.


Xatırladaq ki, Adil Quliyev birinci Qarabağ müharibəsində əvvəlcə yerli özünümüdafiə dəstəsinin başçısı, sonra milli ordunun bölük komandiri kimi iştirak edib. 1993-cü ilin avqustunda ağır yaralanıb, müalicə olunduqdan sonra yenidən cəhbəyə qaydıb. 1994-cü il yanvarında ulu öndər Heydər Əliyevin rəhbrəliyi ilə ordumuzun apardığı uğurlu Horadiz əməliyyatının iştirakçısı olub. Həmin əməliyyat nəticəsində Füzuli rayonunun 24 yaşayış məntəqəsi işğaldan azad edilib. Atəşkəs dövründə də zabit kimi hərbi xidmətini davam etdirən Adil Quliyev 1996-cı ildə ordudan tərxis olunub. Bundan sonra ictimai fəal kimi cəmiyyətdə vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhunun möhkəmləndirilməsinə xidmət göstərib. “Məşəl” Əlil və Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin üzvüdür. İkinci Qarabağ müharibəsinin – 44 günlük Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq hərbi xidmətə qayıdıb, 54 yaşında yenidən erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edib və ağır yaralanıb. Daxili qoşunlarının zabiti olan oğlu baş leytenant Rüfət Quliyev də öz komandanlığına müraciət edərək döyüşən orduya göndərilməsini xahiş edib və xahişi yerinə yetirilib. O da doğma yurdunun işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edib.
Dövlətimizin başçısı torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında göstərdiyi şəxsi igidlik və şücaətə görə Adil Quliyevi Füzulinin və Qubadlının azad eilməsinə görə, həmçinin “Cəsur döyüşçü” medalları ilə təltif edib. Cəsur və vətənpərvər qazimizə tezliklə sağalmağı, işğaldan azad edilmiş doğma yurdun dirçəlişində iştirak etməyi arzulayırıq.
Dalidag.az



Yazı axını
13 / 07 / 2025
12 / 07 / 2025
12 / 07 / 2025
12 / 07 / 2025
11 / 07 / 2025
11 / 07 / 2025
10 / 07 / 2025
10 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
08 / 07 / 2025
08 / 07 / 2025
07 / 07 / 2025
06 / 07 / 2025
06 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
Ən çox oxunanlar