Reklam
Vətən savaşının “internat döyüşçüsü” niyə medal almadı?
25-06-2021 14:04
Vətən müharibəsinin iştirakçısı Elçin Əhmədovun bu gün sosial şəbəkədəki paylaşımı müzakirələrə səbəb olub. Maştağa qəsəbəsi 1 nömrəli tam internat məktəbində böyüyən Elçin Əhmədov ona medal verilməmə səbəbini belə şərh etdi: “Divarları yazdığım üçün heç bir medal təqdim olunmadı. Vətən sağ olsun!”Dalidag.az xəbər verir ki, bu barədə axar.az-a danışan Elçin Əhmədov deyib ki, medal almamasının səbəbini bilmir:
“Çox düşünüb analiz etdim. Bircə ağlıma divarı yazmağım gəldi. Döyüşlərə könüllü getmişdim. Cəbrayıl, Hadrut, Xocavənd, Xocalının kəndləri və Şuşa istiqamətində gedən bütün döyüşlərdə sona kimi iştirak etmişəm. Artıq mənim böyük bir ailəm var. Medal almaqdan daha gözəl xalqımın, millətimin sevgisini qazanmaq oldu. Bu mənə bəsdir. Ən əsası torpaqlarımızın işğaldan azad olunması idi. Bu, mənim üçün daha böyük fəxr və qürur hissidir”.
Məsələ ilə bağlı saytımıza açıqlama verən Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib ki, əgər E.Əhmədovun adına medalla bağlı raport yazılıbsa, bu, araşdırılacaq:
“Vətən müharibəsi iştirakçılarına medal verilməsi hələ davam edəcək. Müharibənin bitməsindən az vaxt keçib. Müharibə iştirakçılarının hər biri araşdırılacaq, qəhrəmanlıq göstərən hər bir kəs lazımi qaydada mükafatlandırılacaq”.
Qeyd edək ki, Vətən müharibəsində Elçin Əhmədovun Hadrutda divara yazdığı “Maştağa 1 nömrəli internat” sözləri sosial şəbəkələrdə gündəm olmuşdu.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 25-06-2021 14:04
Baxış sayı: 4283Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























