Reklam
Ermənistanda siyasi repressiyalar başlayıb
23-06-2021 10:35

Sabiq president Robert Koçaryanın rəhbərlik etdiyi "Ermənistan" bloku ölkədə siyasi repressiyaların başladığını bildirib.
Ermənistan mediasının xəbərinə görə, bu barədə blokun mərkəzi seçki qərargahının nümayəndəsi Aram Vardevanyanın feysbukda paylaşdığı bəyanatda deyilir.
O, bildirib ki, baş nazir səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyanın həmrəyliyin təzahürü haqqında danışması uzaqda deyil. Artıq qərargah üzvləri növbədənkənar parlament seçkilərində "Ermənistan" blokunun komandasının üzvləri olan icmalardan çoxsaylı siqnallar alırlar.
İcmalarda vəzifə tutan bütün üzvlər təhdidlər vasitəsilə öz ərizələri ilə istefaya getməyə məcbur edilirlər.
Lori administrasiyasında belə tələb Odzun icmasının başçısı Arsenə Titanyana qarşı irəli sürülüb. O, qubernatorun tələbini yerinə yetirməkdən imtina etdikdə vilayət administrasiyasının binasında döyülüb.
Blok hadisəni kəskin qınayıb və müqəssirlərin cəzalandırılması üçün bütün tədbirləri görəcəyini bildirib. "Əgər hakimiyyət belə təcrübədən imtina etməsə, onda yeni siyasi böhranın əsasını qoyacaq”, - bəyanatda vurğulanır.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 23-06-2021 10:35
Baxış sayı: 2372Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























