Reklam

BDU-nun şəhid məzununun diplomu ailəsinə təqdim edilib - ŞƏKİL
11-06-2021 18:40

BDU-nun rektoru Elçin Babayev və ali təhsil müəssisəsinin əməkdaşları bu günlərdə daha bir tədbir keçirib: Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin məzunu, Vətən Müharibənin ilk günlərində düşmənlə döyüşə atılaraq, 2020-ci ilin oktabr ayının 1-də Murovdağ istiqamətində şəhid olmuş Şamil Nəcəfovun ailəsini ziyarət edib. Rektor BDU kollektivinin şəhid məzun Şamil Nəcəfovun xatirəsinin daim əziz tutulduğunu vurğulayıb, onun Vətən uğrunda qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmasından qürur duyduqlarını bildirib.
Ziyarətdə şəhidin istər tələbəlik illərində, istərsə də keçdiyi qısa, lakin şərəfli döyüş yollarından ətraflı söz açılıb. Şəhid məzununu ali təhsil haqqında diplomu onun anasına təqdim edilib.
Şəhidin valideynləri öz xatirələrini bölüşüb, Vətənə laqyiq övlad kimi böyütdükləri üçün onunla fəxr etdiklərini bildiriblər.
Daha sonra şəhidin məzarı birlikdə ziyarət edilib.
BDU-nun ictimaiyyətlə əlaqələr
və informasiya şöbəsi
Dalidag.az





Yazı axını
13 / 07 / 2025
12 / 07 / 2025
12 / 07 / 2025
12 / 07 / 2025
11 / 07 / 2025
11 / 07 / 2025
10 / 07 / 2025
10 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
08 / 07 / 2025
08 / 07 / 2025
07 / 07 / 2025
06 / 07 / 2025
06 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
Ən çox oxunanlar