Reklam
Atadan oğula qalan yadigar...
11-06-2021 18:30
Birinci Qarabağ savaşlarının qazisi Habil Atayevin oğlu, leytenant Nicat Atayev də ruhu şəhidlik zirvəsindən Vətənə boylanırAzərbaycanın son 30 illik tarixində görünməmiş hadisələr baş verdi. Ölkənin dirçəldilməsi, onun siyasi, iqtisadi, mədəni inkişafı müstəqilliyinin qarantı idi. Buna görə də Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə yenidən xalqın təklif və dəvəti ilə siyasi hakimiyyətə qayıdışı respublikamızın bugünkü inkişafının təməlini qoydu.
Azərbaycan xalqı özünün liderinin siyasi iradəsinə güvənərək, ona sığınaraq, ətrafında monolit birlik yaradaraq, nəhayət ki, tapdaqa qalan ərazilərini 2020-ci ilin payızında, cəmi 44 günlük Vətən müharibəsi ilə azad etdi. Müzəffər Ordumuz Ali Baş Komandan və xalqımızın yenilməz iradəsi, müasir hərbi texnika və silahla düşməni diz çökdürdü.
10 noyabr 2020-ci il tarixində Ermənistanın diz çökərək kapitulyasiya aktına imza atması ilə Azərbaycan Zəfər salnaməsini özünün şərəfli tarixinə yazmış oldu.
Xalqımızın igid, cəsur oğulları isə bu müharibədə Ana Vətənin müdafiəsinə qalxdıqları üçün şəhidlik zirvəsinə ucaldılar, haqqında söz açdığımız şəhid Nicat Habil oğlu Atayev kimi. Söhbət Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsinin şəhidi Nicat Atayevdən gedir. Polis mayoru və Qarabağ müharibəsinin qazisi Habil Atayevin oğlu, leytenant Nicat Atayev 1994-cü il martın 5-də Mingəçevir şəhərində anadan olub.
Leytenant Nicat Atayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ömrü və döyüş yolu qısa Nicat Atayev sentyabrın 27-də Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı istiqamətində şəhid olub. Bakıda, II Fəxri Xiyabanda dəfn olunuanan Nicat Atayev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. İgid döyüşçünün təltifi yalnız bundan ibarət deyil. O, Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edildi. Yerin behişt olsun, igid döyüşçü, şərəfli yolun yolçusu - şəhidimiz!
Məhəmməd NƏRİMANOĞLU
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 11-06-2021 18:30
Baxış sayı: 3647Yazı axını
02 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















