Reklam
Mina təhlükəsizliyinə dair maarifləndirmə təlimlərinə yekun vurulub
03-06-2021 20:28

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC), Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) dəstəyi ilə keçirilən mina təhlükəsizliyinə dair maarifləndirmə təlimlərinə yekun vurulub.
Dalidag.az-ın məlumatına görə, son təlim iyunun 3-də Füzuli rayonunda keçirilib. Yüksək ixtisaslı mütəxəssislər təlim iştirakçılarına risklər və təhlükəsiz davranış haqqında ətraflı məlumat verib, minalar və partlamamış hərbi sursatlardan qorunmaq üçün zəruri olan addımları izah edib. Səfərlər zamanı təhlükə əlamətlərinə və işarələrinə diqqət etmək, müharibənin partlayıcı qalıqları ilə rastlaşdıqda davranışın təhlükəsizlik üçün əhəmiyyəti vurğulanıb.
Ağdam, Tərtər və Füzuli rayonlarında keçirilən təlimlərdə ümumilikdə 60 nəfər iştirak edib. Təlimə, əsasən, əhali ilə daha çox təmasda olan təhlükəsizliyə dair məlumatları digər şəxslərlə bölüşə bilən şəxslər - müəllim, şagird və icra nümayəndələri cəlb edilib.
Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə cəbhə xəttində yaşayan əhalinin maarifləndirilməsi üçün müxtəlif tədbirlər keçirilir. 2019-cu ilin aprel və sentyabr aylarında Qarabağın işğaldan azad edilmiş ərazisində, hazırda Tərtər rayonunun inzibati vahidi olan Şıxarx qəsəbəsində, 2020-ci ilin sentyabr ayında isə Ağdam rayonunun Quzanlı qəsəbəsində ilk yardım göstərilməsi üzrə təlimlər təşkil edilib. Maarifləndirici xarakter daşıyan, praktiki məşğələlərdən ibarət olan və iştirakçılar tərəfindən müsbət qarşılanan bu cür təlimlərin davam etdirilməsi nəzərdə tutulub.
Dalidag.az


Kateqoriya: Sosium
Tarix: 03-06-2021 20:28
Baxış sayı: 3246Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15



























