Reklam
YAP Kəlbəcər Rayon Təşkilatı Gənclər Birliyinin fəalları Vətən müharibəsi şəhidlərinin xatirə kompleksini ziyarət ediblər -ŞƏKİLLƏR
06-05-2021 18:44

Pandemiya dövrünün tələblərinə riayət etməklə YAP Kəlbəcər Rayon Təşkilatı Gənclər Birliyinin fəalları may ayının 6-da Göygöl rayonu Murovdağ qəsəbində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsinə inşa edilən abidə kompleksini ziyarət ediblər. Gənclər YAP Kəlbəcər Rayon Təşkilatı Gənclər Birliyinin adından abidənin qarşısına əklil qoyaraq, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən soydaşlarımzın xatirəsini bir dəqiqəlik sükütla yad edərək öz ehtiramlarını bildiriblər. Daha sonra şəhidlərimizin məzarları üzərinə tər qərənfillər düzərək ruhlarına dualar oxunub.
Dalidag.az-ın xəbərinə görə, YAP Kəlbəcər Rayon Təşkilatının Aparat rəhbəri Qənaət Əsgərov və YAP Kəlbəcər Rayon Təşkilatı Gənclər Birliyinin sədri Hikmət Bağırov bildirib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgər və zabitlərimizin əziz xatirəsi daima yaddaşlarda qalacaq, qəlbimizdə yaşayacaqdır. Çünki Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab prezident İlham Əliyevin qətiyyətinin, əyilməz iradəsinin, yaratdığı rəşadətli, qorxmaz Azərbaycan əsgərinin şücaəti və şəhidlərimizin, qazilərimizinin qəhrəmanlığı hesabına torpaqlarımız düşməndən azad edilərək ərazi bütövlüyümüzü bərpa edilmişdir.Müzəffər Sərkərdənin, qalib ordunun və qalib xalqın birliyindən doğan “Dəmir yumruq” Ermənistana elə bir zərbə vurmuşdur ki, çətin onilliklər ərzində Ermənistan özünə gələməyi bacarsın.Buna görə də bizlər hər zaman şəhidlərimizin xatirəsini uca tutmalı, qazilərimizə, şəhid ailələrinə daima xüsusi diqqətlə yanaşmalıyıq.Şəhidlərimizin və qazilərimizin həyat yolunu özümüzə örnək götürərək bu amal uğrunda yaşamalıyıq.Dövlətimizə və xalqımıza şərəflə xidmət edərək, Azərbaycanımızın daha da qüdrətli və bütöv olması üçün çalışmalıyıq.
Ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim dövlətin diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və Sərəncamlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəmətli qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, hamılıqla təqdirəlayiq hal kimi qiymətləndirilir. Bu abidə kompleksinin tikilib ərsəyə gətirilməsidə bu diqqət və qayğının bariz nümunəsidir.
Daha sonra tədbirdə iştirak edən gənclər şəhid ailələrinə və qazilərimizə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz təşəkkürlərini ifadə ediblər.
Dalidag.az





Kateqoriya: Sosium
Tarix: 06-05-2021 18:44
Baxış sayı: 3595Yazı axını
02 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
Ən çox oxunanlar
02-02-2026 17:30









.jpg)


















