Reklam
"Ermənistanın bir dövlət kimi hümanizmdən danışmağa mənəvi haqqı çatmır..."- Aqil Məmmədov
05-05-2021 19:56
Bu gün Azərbaycan dövləti və onun rəhbəri yeni bir hümanizm nümunəsi sərgiləyib. Erməni vətəndaşlarının geri qaytarılması beynəlxalq dəyərlərə hümanizm aktlarına uyğun həyata keçirilib. Amma müşahidə edilən mənzərə odur ki, qarşı tərəf bunu “özünəməxsus” formada təqdim etməyə çalışır.Dalidag.az xəbər verir ki, bunu teleqraf.com-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O bildirib ki, Ermənistanın bir dövlət kimi hümanizm məsələlərindən danışmağa mənəvi haqqı çatmır:
“Ermənilər tərəfindən Azərbaycan xalqının başına son 30 ildə gətirilən müsibətlər, soyqırımı, etnik təmizləımə faktları ortadadır. Eyni zamanda 1 milyondan artıq insanın 30 ilə yaxın öz yurd-yuvasından didərgin salınması heç bir mənəvi, hümanist dəyərlərə uyğun gəlmir. Amma belə faktların olduğu bir şəraitdə erməni tərəfi yenə də məsələləri öz çirkin niyyətlərinə uyğun şərh etməyə çalışır”.
“10 noyabrdan sonra Azərbaycan ərazisində diversiya hərəkətlərini icra etmək istəyən erməni hərbçiləri bəzi beynəlxalq təşkilatlar tərəfindən “hərbi əsir” adlandırılıb. Faktiki isə həmin qrup məhz münaqişənin başa çatmasını təsdiqləyən 10 noyabrdan sonra Azərbaycan ərazisində ələ keçirilib. Ona görə də həmin diversant qrupun üzvlərinin “hərbi əsir” adlandırılması yolverilməzdir. Çünki həmin tarixdən sonra hərbi əməliyyatlar dayandırılıb. Bundan sonra həyata keçirilən bütün işlər hümanitar xarakterli olub. Amma qarşı tərəfin revanşizmə hesablanmış diversiya qrupları ilə təxribat törətməyə etdiyi cəhdlər, sözsüz ki, beynəlxalq hüquq səviyyəsində qiymətləndirilməlidir. Ona görə də, 3 erməni vətəndaşının ölkəsinə təhvil verilməsi istiqamətində qarşı tərəfin səsləndirdiyi iddialar heç bir məntiqə əsaslanmır”.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 05-05-2021 19:56
Baxış sayı: 3296Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15



























