Reklam
Kəlbəcərdəki Xudavəng məbədində Pasxa bayramı qeyd olunub
04-05-2021 20:41
Dalidag.az xəbər verir ki, bu sözləri bu gün Kəlbəcərdə Xudavəng monastrını ziyarət edən Azərbaycan Alban-Udin Xristian dini icmasının sədri Robert Mobili deyib:
"Bu ziyarətdə bizim icmadan başqa Azərbaycanda fəaliyyət göstərən başqa xristian icmalarının nümayəndələri də iştirak edirlər. Həmçinin Azərbaycan Bibliya Cəmiyyətinin üzvləri də buradadırlar. Hamımız birlikdə dualar elədik. Şükür ki, biz bu bayramı Qarabağda, işğaldan azad olunan Kəlbəcərdə qeyd edirik. Dualarımızda hər zaman şəhidlərimizi yad edirik. Onlara Allahdan rəhmət diləyirik. Dualarımızda Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsinə, ölkə başçımız, Ali Baş Komandan İlham Əliyevə təşəkkür edirik ki, bizə bu cür şərait yaradıb. Monastrda dualarımızı həm Azərbaycan dilində, həm rus dilində, həm də qədim alban dilinə oxuduq”.
Qeyd edək ki, bu gün Pasxa bayramı münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xətti ilə Kəlbəcərdəki Xudavəng məbədinə Alban-Udi dini icması və digər xristian icmalarının səfəri təşkil olunub.
Mənəvi Dəyərlərin Təbliği Fondunun və Alban-Udi Xristian dini icmasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Qafqazdakı Alban Həvarilər Müstəqil Kilsəsinin daşıyıcısı olan Alban-Udi xristian dini icmasının, eləcə də digər xristian dini konfessiyaların üzvləri və mətbuat nümayəndələri iştirak edib. Dini icmanın üzvləri qədim alban məbədində dini ayin icra edib, dualar oxuyub, ibadət edədək şamlar yandırıblar./apa
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 04-05-2021 20:41
Baxış sayı: 3342Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar





























