Reklam
Dövlət Komitəsində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş olub
04-05-2021 17:35
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev komitə yanında İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüşüb.
Qurumdan Dalidag.az-a verilən məlumata görə, Komitə sədri şura üzvlərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə, o cümlədən qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində islahatlar aparıldığı, 44 günlük Vətən müharibəsində qazanılan qələbə nəticəsində isə bu kateqoriyadan olan vətəndaşların öz doğma torpaqlarına qayıtmasına imkan yarandığı diqqətə çatdırılıb. Məcburi köçkünlərin mütləq əksəriyyətinin tezliklə doğma yurda dönmək arzusunda olduğu, dövlətimizin başçısının tapşırığı ilə böyük qayıdışa hazırlıq görüldüyü, bu məqsədlə geniş miqyaslı tədbirlərin həyata keçirildiyi qeyd edilib. İctimai Şuranın yeni tərkibinin məhz belə məsul bir vaxtda fəaliyyətə başladığı vurğulanıb. Bildirilib ki, məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində ictimai iştirakçıllığın səmərəli təşkilinə nail olmaq üçün komitə tərəfindən Şuraya hər cür dəstək veriləcəkdir.
İctimai Şuranın yeni seçilmiş üzvləri mövcud qanunvericiliyə və ölkə rəhbərinin tələbinə uyğun fəaliyyət göstərəcəklərini, qaçqın və məcburi köçkünlərlə səmərəli iş aparmaqla yanaşı, onların maariflənməsində və qanuni mənafelərinin qorunmasında yaxından iştirak edəcəklərini bildiriblər.
Görüşdən sonra İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib. Anar Xəlilov İctimai Şuranın sədri, Xatirə Vəliyeva sədr müavini və Samirə Hüseynova isə katibi seçilib.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 04-05-2021 17:35
Baxış sayı: 5298Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15



























