Azər Qocayev şəhidlərin xatirəsinə inşa edilən abidə kompleksinin açılışında iştirak edib - Şəkillər

29-04-2021 17:57

Bu gün Göygöl rayonu Murovdağ qəsəbində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub. 
Dalidag.az-ın məlumatına görə, pandemiya dövrünün tələblərinə uyğun olaraq keçirilən mərasimdə şəhid ailələri, Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Rayon İcra Hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, müharibə əlilləri, veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər. 
İlk olaraq Vətən müharibəsində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarları önünə gül dəstələri qoyulub. Abidə kompleksində şəhid ailələrinin üzvləri ilə görüşən Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev bildirib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgərlərin xatirəsi daima yaddaşlarda qalacaq. Məhz onların göstərdiyi şücayət nəticəsində uzun illərdir işğal edilmiş torpaqlarımız bu gün işğaldan azad olunub: “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gedən döyüşlərdə ordumuz bir daha dünyaya qüdrətini sübut edib ki, şəhidlərimizin qanı yerdə qalmayıb. Ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və Sərəncamlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəmətli qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, hamılıqla təqdirəlayiq hal kimi qiymətləndirilir. İcra başçısı qeyd edib ki, şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da ölkə ictimaiyyəti tərəfindən yüksək minnətdarlıqla qarşılanır. “Ümumiyyətlə, şəhid ailələrinə dövlət qayğısının göstərilməsi Azərbaycanın daxili siyasətində prioritetdir. Bu, Ümummilli liderimiz  Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi-mənəvi yoldur. “Şəhid ailələrinin problemləri ilə maraqlanıb onlara bundan sonra da yüksək diqqət və qayğı göstəriləcəyini vurğulayan Rayon İcra Hakimiyyəti başçısı Azər Qocayev həmçinin bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanı ilə şəhər, rayon icra hakimiyyəti başçılarının aparatlarında “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradıldılıb. Bu şöbənin əməkdaşları mütəmadi olaraq Vətən müharibəsi iştirakçıları və şəhid ailələri tərəfindən qaldırılan məsələlərin həlli üçün zəruri tədbirlər görəcəklər", -deyə icra başçısı qeyd edib.
Görüş zamanı qeyd olunub ki, abidə kompleksi Kəlbəcər Rayon İcra Hakimiyətinin daxili imkanları hesabına inşa olunub. Kompleksdə Dövlət bayrağı ucaldılıb, İkinci Qarabağ Müharibəsi dövründə Vətən uğrunda canlarını qurban verən qəhrəman şəhidlərimizin məzarüstü abidələri inşa olunub.  II vətən müharibəsində canından keçmiş Kəlbəcər şəhidlərinin  adları abidə kompleksində əbədləşdirilib.   Bununla yanaşı səkkiz yüz metr məsafədən  içməli su xətti çəkilib və abidənin daxilində ehsan bulağı inşa edilib. Kompleksdə məzarların ətrafında abadlıq işləri aparılıb, tullantı qabları qoyulub, ziyarətə gələn şəxslərin rahatçılığı üçün ən müasir oturacaqlar quraşdırılıb.
Şəhid ailələri onlara göstərilən  diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə  və Birinci vitse-prezident Mehriban Əliyevaya öz təşəkkürlərini ifadə ediblər.

Dalidag.az




Kateqoriya: Sosium
Tarix: 29-04-2021 17:57
Baxış sayı: 4377
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını