Reklam
Vətən müharibəsi qazisi işlə təmin olundu
28-04-2021 18:14

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli sosial siyasətdə şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yaxşılaşdırılması və problemlərinin həlli prioritet istiqamətlərdəndir. Buna uyğun olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və onun struktur bölmələri tərəfindən də lazımi işlər görülür.
Nazir Anar Kərimovun tapşırığı ilə mədəniyyət işçiləri tərəfindən şəhid ailələri və qazilər ziyarət olunur, onlarla görüşlər keçirilir, maddi və mənəvi dəstək göstərilir, təhsili və ixtisası uyğun gələnlər işlə təmin edilir.Bu qəbildən növbəti bir addım kimi, Vətən müharibəsi qazisi Səməndərov Yasin Afiq oğlu Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Tovuz rayon Tarix-Diyarşünaslıq Muzeyində işlə təmin olunmuşdur. Tovuz rayon Hacıhəsənli kənd sakini olan Yasin Səməndərov Azərbaycan Turizm və Menecment Universitetində muzeyşünaslıq, arxiv işi, abidələrin qorunması ixtisası üzrə ali təhsil almış, Qarabağın azad olunduğu 44 günlük Vətən müharibəsindəki şücaətlərinə görə “Vətən müharibəsi zamanı döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı fəal iştirakına görə” Fəxri Fərmanı, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Xəyal Nağıyev
Ağstafa Regional Mədəniyyət
İdarəsinin mətbuat katibi
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 28-04-2021 18:14
Baxış sayı: 3253Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15



























