“Türkləri öldürmək olar, ancaq məğlub etmək olmaz” - Dahilər türklər haqqında

25-04-2021 15:31
Türk dünyası dedikdə - böyük bir düha, sonsuz bir cahan, yenilməz bir qüvvə canlanır gözümüzün önündə. Türk dünyası dedikdə - mərdlik, vətənpərvərlik, igidlik və səxavət mücəssəməsi olan xalqlar anılır. Türk dünyası dedikdə - sonsuz və ucsuz-bucaqsız bərəkətli torpaqlar, zəmilər, meşələr, maylar və dənizlər, min-bir naz nemətli ellər, obalar, sərvəti dillərə dastan olmuş böyük bir Vətən xatırlanır. 

Dalidag.az
dünya dahilərinin türklər haqqında fikirlərini təqdim edir:
Hz. Məhəmməd Peyğəmbər
1. “Mənim türk adlı bir ordum vardır”.
2. “Türklər sizə toxunmayınca siz də onlara toxunmayın”.
3. “Türk dilini öyrənin! Belə ki, onların hakimiyyəti uzun sürəcək”.
Mustafa Kamal Atatürk (1881-1938)
1. “Nə mutlu türkəm deyənə!”.
2. “Dünya üzərində türkdən daha böyük, ondan daha qədim, ondan daha təmiz bir millət yoxdur və bütün insanlıq tarixində görünməmişdir!”.
3. “Türkə yurdluq etməmiş bir qitə yoxdur”.
4. “Bir türk cahana bədəldir”.
5. “Yüksək türk! Sənin yüksəkliyinin hüdudu yoxdur”.
6. “Mən Türk millətinə hər şeyi öyrətdim, bircə yad millətə qulluq etməkdən başqa!”
Əbülfəz Elçibəy (1938-2000)
“Tanrı, türklüyümü mənə cox görmə! Tanrı, türklüyümü mənə əsirgəmə!”
Cahiz ( IX yüzil ərəb dahisi, 777-869)
1. “Bir türk başlı-başına bir millətdir”.
2. “Türkə qarşı heç nə dura bilməz”.
3. “Türklər olduqca namuslu insanlardır. Özləri və sözləri doğrudur… Yurdlarına bağlılıqları bütün duyğularından üstündür”.
Napaleon Bonapart (fransız imperator, 1769-1821)
“Türkləri öldürmək olar, ancaq məğlub etmək olmaz”.
Alfonse de Lamartin (fransız yazıçı, 1790-1869)
“İnsanlığa şərəf verən türk millətinin düşməni olmaq insanlığa düşmən olmaqdır”.
Corc Bayron (ingilis şairi, 1788-1824)
“Türklər yalançı və ikiüzlü deyillər. Döyüşdə şərəfli ölməyi şərəfsiz yaşamaqdan üstün tuturlar”.
Hammer Purqştal (alman alimi, 1774-1856)
“Tarix türklərdən çox şey öyrəndi”.
Əbdülqazi Bahadur xan (1605-1663)
“Türk tarixini yalnız türk yaza bilər!”.Mixail Şiryani (din xadimi, 1126-1199)
“Dünya türkləri daşımağa kafi deyil”.
Dünya dahilərindən
“Türklər dövlət yıxıb-dövlət qurmaqda dünyanın ən mahir və qabil xalqdır”.
“Türklər savaşda fələk, barışda mələk kimidirlər”.

Dalidag.az



Kateqoriya: Sosium
Tarix: 25-04-2021 15:31
Baxış sayı: 3591
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını
 
 
 
 
 
29 / 04 / 2024