Reklam
Paşinyan: “Heç təsəvvür edirsinizmi ki, Azərbaycanla yolların açılması bizə hansı xeyri verəcək?”
20-04-2021 19:22

Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə Azərbaycanla kommunikasiya xətlərinin açılmasının vacibliyinə toxunub.
Dalidag.az xəbər verir ki, “Azadlıq” radiosunun erməni xidmətinin məlumatına görə, Nikol Paşinyan Ermənstanın Vayotszor vilayətinə səfəri zamanı regionda nəqliyyat yollarının açılması məsələsindən danışıb.
Bu, 2020-ci ilin 10 noybarında imzalanmış Azərbaycan-Ermənistan-Rusiya üçtərəfli bəyanatının bəndlərindən birində nəzərdə tutulub.
Paşinyan habelə Azərbaycan tərəfinin “Zəngəzur dəhlizi” adlandırdığı Syunik vilayətindən keçəcək nəqliyyat yolu barədə Bakının bəyanatlarından bəhs edib:
“Azərbaycan daim “Zəngəzur dəhlizi”ndən bəhs edir. Bizsə deyirik ki, imzalanmış birgə sənəddə “Syunik”, “Zəngəzur”, “Meğri” və yaxud “dəhliz” sözləri yoxdur. Onlar daim deyilər ki, “bizim Zəngəzur dəhlizimiz olacaq”. Deyirlər, qoy desinlər. Deməli bizim də “Naxçıvan dəhlizi”miz olacaq”.
Ermənistan hökumətinin başçısı regionda nəqliyyat yollarının açılmasının Ermənistana verəcəyi faydalardan da söz açıb:
“...Yəni biz onlara yol əvəzinə yol verəcəyik. Heç təsəvvür edirsinizmi ki, bizim İran İslam Respublikası və Rusiya Federasiyası ilə dəmir yolu bağlantımız olsa, Ermənistan iqtisadiyyatı hansı dəyişikliklərə məruz qalacaq? Bu, bizim ən vacib vəzifəmizdir. Bundan sonra Ermənistanın öz böyük sərvətindən istifadə etmək imkanı yaranacaq”./modern.az
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 20-04-2021 19:22
Baxış sayı: 4382Yazı axını
02 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
Ən çox oxunanlar
02-02-2026 17:30









.jpg)


















