Reklam
“Bu ilin sonuna qədər MDB-nin taleyi həll olunacaq” - Politoloq
19-04-2021 23:07

“Bu ilin sonuna qədər Müstəqil Dövlətlər Birliyinin (MDB) taleyi həll olunacaq. Fikrimcə, bunun obyektiv səbəbləri var. MDB-yə üzv olan dövlətlər artıq bu qurumda maraqlı deyillər. Çünki əvvəlki illərdə MDB daxilində rusların hərbi, maliyyə, iqtisadi dəstək və köməyi olurdu. İndi isə üzv dövlətlərə belə köməklik edimir. MDB-nin adı və ya xətti ilə heç bir köməklik göstərilmir. Türkmənistandan başqa digər ölkələrdə Rusiyanın qoşunları var. Onda belə çıxır ki, əgər üzv dövlətlərə kömək etmirsənsə, sənin əksər üzv ölkələrdə hərbi bazaların varsa, bu qurum nəyə lazımdır?”
Dalidag.az xəbər verir ki, bu fikirləri teleqraf.com-a politoloq Əli Abbasov deyib.
O, əlavə edib ki, bir sıra MDB ölkələr düşünürlər ki, sabah bir probem çıxsa, Rusiyanın köməyinə gələcəyini dəqiq bilinmir: “Qəribə olsa da, Ermənistanı nümunə kimi göstərə bilərlər. Mənim qənaətimcə MDB-nin taleyi bu il həll olunacaq. İddia etmirəm ki, bu qurumu rəsmi ləğv edərlər. Amma konkret olaraq Gürcüstan və Ukrayna bu qurumdan çıxıblar. Moldova bu gün,sabah oradan çıxacaq. Qazaxıstana Rusiyanın ərazi təzyiqləri var. Qazaxıstan da Mərkəzi Asiya ölkələrinə faktiki liderlik edir. Günün birində Qazaxıstan bu qurumdan çıxsa məntiqlə digərləri də çıxa bilər. Odur ki, MDB-nin bir qurum kimi perspektivini görmürəm. Şanxay Əməkdaşlıq Təşkilatı var. Bu qurum nisbətən işləkdir və MDB-yə üzv ölkələrin hamısı Şanxay Əməkdaşlıq Təşkilatında da var. Bu gün MDB-nin adı var, özü yoxdur. Mümkündür ki, sabah bu qurum ümumiyyətlə olmayacaq. Əvvəl Rusiya qazı bu ölkələrə dünya bazarındakı qiymətlərdən ucuz satırdı, indi bunu etmir. Deməli, MDB-də üzv ölkələrinin maraqları artıq yoxdur”.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 19-04-2021 23:07
Baxış sayı: 3233Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15



























