Reklam
"Eldar Həsənovun taleyi naşı müstəntiqə tapşırılıb..." - Vəkil
30-03-2021 18:54
"Övladını öz atasına qarşı ifadə verməyə məcbur etmək, insan səhhətinin ən kritik anlarını yaşayan birinin yanına 2 aydır həkimlərin buraxılmasına icazə verməmək nə dinə, nə imana, nə qanunlarımıza sığan kobud qanun pozuntusu ilə yanaşı böyük bir günahdır".
Dalidag.az xəbər verir ki, bu sözləri Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə maddələri ilə ittiham olunaraq həbs edilən Azərbaycan Respublikasının Serbiya Respublikası, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun vəkili Adəm Məmmədov deyib.
Vəkil bildirib ki, hüquq elmlər doktoru, professor, sabiq Baş prokuror, 20 il davamlı Azərbaycanın bir neçə ölkədə səfiri, bir çox nüfuzlu beynəlxalq təşkilatların üzvü 28 kitab müəllifi, dövlətinə, Prezidentinə hər zaman sədaqəti ilə tanınan, bilinən Eldar Həsənovun taleyi, barəsində aparılan cinayət işi əslində təcrübəli, peşəkar bir müstəntiqə tapşırılmalı idi:
"Amma baxın cinayət işi yetərincə istintaq təcrübəsi olmayan əslində Y.İldırımzadə “təcrübəsi və yetişdərməsi olan” dərin hüquqi bilikdən çox uzaq, ömründə bəlkə də beş kitab oxumayan, kobud, qanunsuz, təzyiqetmə metodları ilə çalışan bənzəri olmayan cavan birisinə tapşırılmışdır. Kimlərinsə dəstəyi ilə vəzifə tutmaq olar, amma ədalətli olmaq, qanuni fəaliyyət göstərmək, vəkillərin vəsatət və şikayətlərinə diqqətlə, məsuliyyətlə, qanun çərçivəsində baxmaq başqa bir və son dərəcə vacib bir şərtdir.Burda deyirlər baxın kimin taleyini kim həll edir???!!!
Övladını öz atasına qarşı ifadə verməyə məcbur etmək, insan səhhətinin ən kritik anlarını yaşayan birinin yanına 2 aydır həkimlərin buraxılmasına icazə verməmək nə dinə, nə imana, nə qanunlarımıza sığan kobud qanun pozuntusu ilə yanaşı böyük bir günahdır.
Ey müstəntiq Teymur Qarayev, vəkillərin vəsatətlərinin 96%-ni araşdırmadan, yoxlamadan rədd edən, kobud, qaba davranışı ilə seçilən ərkəsöyün gənc müstəntiq, Allah sonrasından saxlasın.
Eldar Həsənova Allah səhhətində kömək olsun. O, çox savadlı hüquqşünas kimi özünü sonadək müdafiə edib günahsızlığını sübuta yetirəcək. Yazıqlar olsun başqa peşə sahiblərinin gününə ki, onların cinayət işinin istintaqını da belələri aparsın.
“Mənlik bir məsələ yoxdur, bütün qərarları prokurorluğun rəhbərliyi verir, bunlar ölkə rəhbərliyinin göstərişləridir, mən sadəcə icra edirəm”- deməkdən belə utanmayan, özünə çıxış yolu bilən müstəntiqlərdən Allah millətimizi qorusun".
Dalidag.az
Adəm Məmmədov
Kateqoriya: Sosium
Tarix: 30-03-2021 18:54
Baxış sayı: 3547
Yazı axını
09 / 01 / 2025
09 / 01 / 2025
08 / 01 / 2025
07 / 01 / 2025
07 / 01 / 2025
07 / 01 / 2025
06 / 01 / 2025
05 / 01 / 2025
03 / 01 / 2025
02 / 01 / 2025
02 / 01 / 2025
02 / 01 / 2025
02 / 01 / 2025
01 / 01 / 2025
01 / 01 / 2025
31 / 12 / 2024
31 / 12 / 2024
31 / 12 / 2024
29 / 12 / 2024
28 / 12 / 2024
28 / 12 / 2024
27 / 12 / 2024
26 / 12 / 2024
26 / 12 / 2024
25 / 12 / 2024
25 / 12 / 2024
Ən çox oxunanlar