Dalidag.az xəbər verir ki, Rusiya Federal Hərbi və Texniki Əməkdaşlıq Təşkilatının sözçüsü Valeriya Reşetnikova Türkiyə ilə əməkdaşlığa hazır olduqlarını bildirib.
“Türkiyənin “MDT-TF-X” istehsal işləri davam edir. Eyni zamanda Türkiyə tərəfi uzun müddətdir “TF-X” beşinci nəsil döyüş təyyarəsini inkişaf etdirmək üçün layihəni davam etdirir. Rusiya bu proqram çərçivəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirməyə hazırdır”, - qurum sözçüsü qeyd edib.

V.Reşetnikova həmçinin Rusiyanın “Su-35” və “Su-57” qırıcı təyyarələrinin hazırlanaraq mümkün zamanda çatdırılması ilə bağlı Türkiyəylə danışıqlara hazır olduqlarını bildirib.
Qeyd edək ki, 5-ci nəsil döyüş təyyarəsi olan milli qırıcılar ilk uçuşunu 2025-ci ildə gerçəkləşdirəcək, 2029-cu ildə Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil ediləcək.