Reklam
Mütəxəssislərdən XƏBƏRDARLIQ: İki doza peyvənd vurulsa da...
12-03-2021 11:04

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) koronavirusa qarşı peyvənd olunan insanların sayının artması səbəbiylə maska və sosial əlaqə məhdudiyyətlərində rahatlıq yaranacağını açıqlayıb.
"Hürriyet" xəbər verir ki, türkiyəli professorlar bu məsələyə münasibət bildiriblər.
Elmi Komitə üzvü, professor Kənan Midilli deyib ki, cəmiyyətdə vaksinasiya nisbətinin müəyyən qədər artması və ya kütləvi immunitetin əldə edilməsi cəmiyyətdəki infeksiya dövriyyəsinin böyük ölçüdə qarşısını alacaq.
Onun sözlərinə görə, peyvənd olunsaq da, tamamilə maskasız həyatın mümkün olacağı mərhələyədək maska da daxil olmaqla digər sosial məsafə qaydalarına riayət etməliyik.
Professor Zəfər Qurugöl qeyd edib ki, ikinci doza peyvənd vurduranlar da 14 gün sonra koronaviruslu xəstə ilə qarşılaşdıqda yoluxa bilər.
Həmin şəxs xəstəliyi ağır keçirməsə də, daşıyıcı kimi başqasına yoluxdura bilər. Bu səbəbdən cəmiyyətin 70 faizində kütləvi immunitet formalaşana qədər maska taxmaq lazımdır./publika.az
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 12-03-2021 11:04
Baxış sayı: 2212Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























