Reklam
Rövşən Rzayev Böyük Britaniyanın səfiri ilə görüşüb
05-03-2021 20:40
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarpla görüşüb.Dövlət Komitəsindən Dalidag.az-a verilən məlumata görə, görüşdə məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıdışı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyevin məcburi köçkünlərin problemlərinin həlli istiqamətində həyata keçirdiyi tədbirlər barədə britaniyalı diplomata ətraflı məlumat verilib. Qeyd edilib ki, bu kateqoriyadan olan vətəndaşlara Birinci vitse-prezident xanım Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərir.
Səfir Ceyms Şarp səmimi qəbula görə təşəkkürünü bildirib. O, regionda münaqişənin başa çatmasını və məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıdışı üçün şəraitin yaranmasını yüksək qiymətləndirərək, ölkəsinin davamlı sülhə dəstək imkanlarından bəhs edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 05-03-2021 20:40
Baxış sayı: 3344Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























