Reklam
Məcburi köçkünlərin müavinətindən "Yaşat" fondu üçün vəsait tutulub? - Rəsmi açıqlama
26-02-2021 17:30
Sosial şəbəkələrdə və bəzi internet-media resurslarında məcburi köçkünlərə verilən vahid aylıq müavinətdən “Yaşat” - Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna 5 manat məbləğində pul tutulması barədə xəbər yayılıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Dalidag.az-a verilən məlumata görə, bu xəbər həqiqəti əks etdirmir, məcburi köçkünlərə verilən vahid aylıq müavinətdən “Yaşat” fondu üçün vəsait tutulmayıb. Müvafiq qayda əsasında, hər bir məcburi köçkün üçün ayrılmış vəsait onun üzvü olduğu ailənin başçısının adına açılan bank hesab kartına köçürülür. Müqavilə öhdəliyinə görə, bank tərəfindən yalnız kart hesabına illik xidmət haqqı ödənilməsi nəzərdə tutulub.
Dövlət Komitəsi vətəndaşlardan və media qurumlarından cəmiyyətin həssas təbəqəsi olan məcburi köçkünlərlə bağlı yanlış məlumatları yaymaqdan çəkinməyi xahiş edir.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 26-02-2021 17:30
Baxış sayı: 3377Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























