Reklam
Yer kürəsində həyati önəm daşıyan ehtiyat qurtarır
21-02-2021 13:09
Dalidag.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Planet-today” saytında yazı dərc olunub.
Saytın informasiyasına əsasən, Böyük Britaniya və Danimarka alimləri mineral gübrələrin istehsalı üçün ən vacib element sayılan bu maddənin yoxa çıxması nəticəsində Yer kürəsinin aclıqla üzləşəcəyi barədə xəbərdarlıq ediblər.
Qeyd etmək lazımdır ki, fosfor kənd təsərrüfatı məhsullarının istehsalında istifadə olunur. Ekspertlər belə bir əhəmiyyətli maddənin tükənməsində əsas səbəb olaraq onun qeyri-rasional istifadəsini, habelə mineral gübrələrin Dünya okeanına axıdılmasını göstərirlər.
Son 50 ildə kənd təsərrüfatında fosforlu gübrələrin istifadəsi 50 dəfə artıb. Yaşadığımız əsrin birinci yarısına qədər həmin rəqəmin ikiqata çıxması gözlənilir. Əgər bu gedişatla belə bir qiymətli materialın vəhşicəsinə istismarı dayanmasa onun ehtiyatları sürətlə tükənəcək. Hesablamalara görə hələ normal istehlak halında belə planetimizdəki fosfor ehtiyatı sadəcə 80 ilə qədər çatır.
Alimlərin sözlərinə görə gələcəkdə “fosfor böhranı”nın yaranmaması üçün onun hələ mövcud olduğu zamanda tədbir görmək lazımdır. Bunun üçün fosforun ən azı on dəfə təkrar istifadə olunması üzərində elmi tədqiqatların aparılması zərurətə çevrilib./musavat.com
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 21-02-2021 13:09
Baxış sayı: 3311Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17





























