Saniyədə 1 avro qazanan Ronaldonun zəngin həyatı - ŞƏKİL

21-02-2021 13:06
Saniyədə 1 avro qazanan Ronaldonun zəngin həyatı - FOTODünyanın ən məşhur futbolçularından olan Kriştiano Ronaldo hər zaman stadionda göstərdiyi performansla gündəmdə olub. Son zamanlar isə onun vurduğu qollar yox, bahalı zinət əşyaları kolleksiyaları, avtomobilləri və bir çox önəmli məqamlar müzakirə olunur.
Dalidag.az musavat.com-a istinadla məşhur futbolçunun yenidən gündəmə gətirilən bahalı yaşam tərzi haqqında bir neçə maraqlı faktları təqdim edir:
ronaldo franck muller watch ile ilgili görsel sonucu

2018-ci ildə "Yuventus"un futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda "Mançester Yunayted"lə oyun öncəsi iştirak etdiyi mətbuat konfransında bahalı aksessuarları ilə diqqət çəkmişdi. Ronaldo 424 ağ və qırmızı brilyantla bəzənmiş “Jacob& Co Caviar Tourbillon” şirkətinin hazırladığı saat taxaraq konfransa gəlmişdi.
orologio ronaldo conferenza ile ilgili görsel sonucu

Qeyd edək ki, buna oxşar saatı məşhur Nigeriya repçisi Wizkidin sifariş verdiyi dünya mətbuatında yazılsa da Ronaldonun saatı bir qədər fərqli dizaynda və daha bahalıdır.

Bundan sonra "Yuventus"un futbolçusu Kriştiano Ronaldo Birləşmiş 2019-cu ildə Dubayda "Globe Soccer Awards" mükafatlarının təqdimetmə mərasimində növbəti bahalı saatı və bijüteriyaları ilə diqqət çəkib.
rolex model gmt master ii ice 116769tbr ile ilgili görsel sonucu

Portuqaliyalı hücumçu qiyməti ümumilikdə 737 min avro (1 milyon 400 min manat) olan üzük və bilərzik taxıb. 36 yaşlı oyunçunun saatının qiyməti isə 450 min avrodur (857 min manat).
teuerste rolex der welt ile ilgili görsel sonucu

Ronaldo dünyada brend marka sayılan ROLEX saatının ən bahalı modelini istifadə edən məşhurlardandır. Sözügedən bu saat 18 ayar ağ qızıl və 30 karat brilyant ilə hazırlanıb.
georgina rodríguez idade ile ilgili görsel sonucu

Bundan başqa 2020-ci ildə məşhur futbolçu sevgilisi Corcina Rodrigesə gözləri qamaşdıracaq bir üzük hədiyyə edib.
“Cartier” istehsalı olan bu üzüyün qiyməti isə 615 min funt-sterlinqdir.
georgına rodríguez cristıano ronaldo ile ilgili görsel sonucu

Bu, tarixdə futbolçuların sevdiklərinə bağışladığı ən bahalı üzük sayılır.

Qeyd edək ki, məşhur futbolçunun zinət əşyaları ilə yanaşı bahalı avtomobil kolleksiyası da var. 36 yaşlı hücumçu bir neçə gün əvvəl aldığı “Bugatti Centodieci” avtomobili ilə gündəmə gəlmişdi.
O, bu avtomobil üçün 8 milyon avro xərcləyib.
Bildirilir ki, avtomobil hələ sınaq mərhələsindədir, Ronaldo ondan gələn il istifadə edəcək.



Onu da bildirək ki, bu avtomobildən dünyada cəmi 10 ədəd istehsal edilib. 1600 at gücündə olan avtomobil dünyanın ən sürətli idman avtomobillərindən biri kimi göstərilir.
Ronaldonun qarajındakı avtomobillərin ümumi dəyəri 30 milyon avrodur. Onların arasında “Ferrari F430”, “Phantom Rolls-Royce”, “Lamborghini Aventador”, “Maserati GranCabrio”, “Bentley Continental GTC” və iyul ayında 750 000 funt sterlinqə aldığı “McLaren Senna” da var.

Kriştiano Ronaldo təkcə futboldan deyil, digər sahələrdən də böyük pullar qazanır. Məşhur ulduzun bir neçə şirkəti var.

2018-ci ildə alt paltarı firmasının istehsal etdiyi yeni markaların təqdimatı üçün kamera qarşısına keçən Ronaldonun həmçinin idman ayaqqabıları, geyimləri və corablar istehsal edən firmaları, Portuqaliyada öz adını daşıyan 2 oteli fəaliyyət göstərir. Onun həmçinin dünyanın ən böyük şirkətləri ilə sponsorluq müqavilələri var. Ronaldonun sərvətinin 2 milyard dollardan artıq olduğu bildirilir.


Kriştiano Ronaldo hətta sosial şəbəkələrdən də gəlir əldə edir.

36 yaşlı hücumçunun təkcə "İnstagram"da etdiyi bir paylaşımın qiyməti 1 milyon 250 min dollar dəyərindədir.
Bu platformada Ronaldonu 263 milyon nəfər izləyir.

Ronaldonun sosial şəbəkələrdə izləyənlərin ümumi sayı isə 500 milyon nəfərdir. Bu da dünya statistikasına görə əlçatmaz rekord sayılır.
ronaldo instagram 500 millione ile ilgili görsel sonucu

Son olaraq sizə Ronaldonun futboldan qazandığı pul haqqında maraqlı bir detalı təqdim edirik. Dünya mətbuatındakı futbol analitikləri Ronaldonun maaşını bu cür sıralayır. 4 ilə 120 milyon avro, 1 ilə 30 milyon avro, 1 aya 2.5 milyon avro, 1 həftəyə 625 min avro, 1 günə 89.285 avro, 1 saata 3.720 avro, bir dəqiqəyə 62.39 avro, 1 saniyədə isə 1.03 avro qazanır.


Kateqoriya: Sosium
Tarix: 21-02-2021 13:06
Baxış sayı: 441
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını