Reklam
Azərbaycan əsgərlərinin qorxusu erməniləri buna məcbur etdi - Öz xoşları ilə...
12-02-2021 10:46

Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiya və delimitasiyası çərçivəsində qədim Zəngəzurun Şurnuxu kəndində qanunsuz məskunlaşaraq həddindən artıq torpaqları zəbt edən ermənilər köçürüləcək.
Dalidag.az publika.az-a istinadla xəbər verir ki, kənd sakinləri Gorus əyalətinin yaşayış olmayan Vanand, Axbulax, Dzorak (Şurnuxudan 9-13 km məsafədə - red.) kəndlərinə yerləşdiriləcək.
Burada həm də maldarlıqla məşğul olanlar üçün otlaq əraziləri mövcuddur.
Kənd rəhbəri Akop Arşakyan bildirib ki, Ermənistan və Azərbaycan hissələrinə bölünmüş kənddə azərbaycanlılarla bağlı heç bir hadisə baş verməyib. Sabitlik hökm sürür. Hətta Azərbaycan tərəfinə keçən mal-qaranı geri qaytarmaq mümkün olan hallar var. Lakin pəncərədən yaxınlıqda dayanan Azərbaycan əsgərlərini görən uşaqlar narahat olmaya bilməzlər.
Sünik bölgəsi məsələləri üzrə idarələrarası komissiyanın rəhbəri, baş nazirin müşaviri Robert Qukasyan layihənin real olduğunu, amma hələ müzakirəyə çıxarılmadığıını deyib.
Qeyd edək ki, Azərbaycanın sərhədlərini pozan 12 ailə Şurnuxuya köçürülmüş və Azərbaycan hərbçiləri bölgəyə yerləşdirilmişdi.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 12-02-2021 10:46
Baxış sayı: 4316Yazı axını
06 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
04 / 07 / 2026
04 / 07 / 2026
03 / 07 / 2026
02 / 07 / 2026
02 / 07 / 2026
02 / 07 / 2026
02 / 07 / 2026
02 / 07 / 2026
01 / 07 / 2026
01 / 07 / 2026
01 / 07 / 2026
01 / 07 / 2026
30 / 06 / 2026
30 / 06 / 2026
30 / 06 / 2026
30 / 06 / 2026
29 / 06 / 2026
29 / 06 / 2026
Ən çox oxunanlar





























