Reklam

Son nəfəsinədək döyüşən şəhidim - Məhəmməd Allahverənov
12-02-2021 09:30

Şəhid Allahverənov Məhəmməd Zöhrab oğlu 1995-ci ildə Bərdə rayonunun Çəmənli kəndində anadan olmuşdur. Uşaq yaşlarından əmisi İbrahim Allahverənovun hərbi geyimi həmişə onun xoşuna gələrdi. Məhəmmədin adını da əmisi İbrahim qoymuşdu. İbrahimlə Zöhrabın ataları Məhəmməd kişi vaxtı ilə Dərələyəz mahalından Kəlbəcər rayonunun Milli kəndinə köçmüş, orada məskunlaşmışdılar. Sonralar onlar Bərdə rayonunun Çəmənli kəndinə köçmüş və İbrahim Allahverənov da burada birinci sinfə getmişdir. İbrahim Allahverənov Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirəndən sonra yalnız hərbi işlərdə işləyib. Müxtəlif vəzifələrdə işləməklə polkovnik-leytenant rütbəsinə qədər yüksəlmişdir. Moskvada və Qazaxıstanda, daha sonra Azərbaycanda hərbi vəzifələrdə çalışmışdır.
1990-cı illərdə Qarabağ Regional Mülki Müdafiə idarəsinin rəisi işlədiyi dövrdə Qarabağda ermənilərin separatçı hərakatının başlanması bütün azərbaycanlılar kimi həmin idarənin əməkdaşlarının da işlərində xüsusi çətinliklər yaratdı. Bütün çətinliklərə baxmayaraq Regional idarənin əməkdaşları polkovnik-leytenant ibrahim Allahverən ovun rəhbərliyi altında üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirdilər. 1993-cü ilin aprelində Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələrinin təcavüzünə məruz qaldığı zaman Kəlbəcər rayonunundan olan qohum-əqrəbaların əksəriyyəti İbrahim Allahverənovun yaşadığı Çəmənli kəndinə pənah gətirdi.

Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqlar göstərdi. Atası Zöhrabla telefon danışıqları zamanı ona deyirdi ki, sizin 90-cı illərdə edə bilmədiklərinizi indi biz, sizin övladlarınız fədakarlıqla edirik, erməniləri torpaqlarımızdan qovuruq, onlar hər şeyi qoyub qaçırlar. Atası Zöhrab keçdiyi döyüş yollarından Məhəmmədə o qədər danışmışdı ki... Axırıncı dəfə atasına zəng edəndə Zöhrab ona ehtiyatlı olmağı məsləhət görmüşdü. Bir dəfə qıçından güllə yarası alan Məhəmməd sanitar hissədə yarasını sarıtdırandan sonra həkimlərin təkidinə baxmayaraq, yenidən döyüş bölgəsinə qayıtmış telefon danışıqları zamanı bu barədə atasına bir kəlmə də deməmişdi. Son danışıqları oktyabr ayının altısında olmuşdu. Ayın 7-də düşmən atəşi nəticəsində şəhid oldu. Şəhidlik zirvəsinə yüksələndən on bir gün sonra onun cəsədini döyüş zonalasından çıxara bildilər.

Oqtay SALAHLI
Dalidag.az




Yazı axını
12 / 07 / 2025
11 / 07 / 2025
11 / 07 / 2025
10 / 07 / 2025
10 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
08 / 07 / 2025
08 / 07 / 2025
07 / 07 / 2025
06 / 07 / 2025
06 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
03 / 07 / 2025
03 / 07 / 2025
03 / 07 / 2025
Ən çox oxunanlar