Aqil Məmmədov: “Azərbaycan 2030: Milli Prioritetlərində böyük qayıdışa geniş yer ayrılıb”

10-02-2021 16:32

“Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” güclü və qalib dövlətin qarşıdakı 10 ildə müəyyənləşdirdiyi hədəflərdir. Bu hədəflər təsadüfən seçilməyib, Ümummilli lider Heydər Əliyevdən başlayan dövlət quruculuğunun, bütün sahələrdə gedən inkişaf proseslərinin Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyələrə çatdırılmasına əsaslanır. Bu prioritetlərin arxasında güclü dövlət potensialı dayanır”.
Bu fikirləri Milli Məclisin deputatı Aqil Məmmədov “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”nə münasibət bildirərkən söyləyib.
Millət vəkilinin sözlərinə görə qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin yenidən dirçəldilməsi Azərbaycanın inkişafına böyük təkan verəcəkdir: “Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair 5 Milli Prioritet içərisində “İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış”a ayrıca yer verilməsi xüsusi qeyd olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü dövlətimiz və xalqımız üçün hər zaman prinsipial məsələ olub. Prezident İlham Əliyevin liderliyi və Komandanlığı ilə Azərbaycan xalqı böyük hərbi və diplomatik zəfərə nail oldu. Bu Qələbənin məntiqi nəticəsi olaraq öz doğma yurdlarından didərgin düşmüş vətəndaşların geriyə qayıtması və layiqli həyat şəraiti ilə təmin edilməsi dövlətimizin növbəti 10 ildə qarşısında dayanan 5 hədəfdən biridir”.
A.Məmmədov bildirir ki, işğaldan azad edilmiş ərazilərin təbii potensialı və insan resursları ölkənin inkişafına böyük töhfələr verəcək: “Cənab Prezidentin bu günlərdə  çıxışlarından birində dediyi kimi ərazilərin təhlükəsiz hala gətirilməsi, həyati əhəmiyyətli infrastrukturun bərpası həmin bölgələrə qayıdışın əsas şərtləridir. Milli Prioritetlər içərisində qayıdış hədəfinin qoyulması həmin ərazilərdən didərgin düşmüş vətəndaşlarımızda da böyük ümidlər yaradıb. Keçmiş məcburi köçkünlər inanırlar ki, doğma torpaqlara daha tez geri qayıda biləcəklər. Bu baxımdan “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i uğurlu icrası ilə əldə etdiyimiz tarixi Zəfərin əsl təntənəsinə çevriləcək”

Dalidag.az


Kateqoriya: Sosium
Tarix: 10-02-2021 16:32
Baxış sayı: 3262
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını