Reklam
Deputat Aqil Məmmədov Vətən müharibəsi qaziləri ilə görüşdü – ŞƏKİLLƏR
01-02-2021 10:33

Kəlbəcər rayonunu Milli Məclisdə təmsil edən deputat Aqil Məmmədov əhalinin həssas təbəqələrindən olan vətəndaşlarla görüşlərini davam etdirir.
Dalidag.az-ın məlumatına görə, millət vəkili ötən günlərdə Vətən Müharibəsində iştirak etmiş Kəlbəcər rayonundan olan qazilərlə görüşüb.
Qaziləri yaşadıqları ünvanlarda ziyarət edən millət vəkili Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın, o cümlədən, Kəlbəcər rayonunun işğaldan azad edilməsi münasibətilə onları təbrik edib. Bu qələbənin qazanılmasında onların da payının olduğunu vurğulayıb.
A.Məmmədov deyib ki, bu gün işğaldan azad olunmuş ərazilərin yenidən qurulması işi ilə yanaşı, torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin ailələri, həmçinin, müharibədə fiziki sağlamlığını itirmiş qəhrəman döyüşçülərimizin sosial məsələləri dövlətin diqqətində olacaq.
Qazilərin qayğıları ilə maraqlanan millət vəkili bildirib ki, dövlətin nəzərdə tutduğu kompleks tədbirlər hər bir Vətən müharibəsi iştirakçısını, qaziləri əhatə edəcək.
Dalidag.az


Kateqoriya: Sosium
Tarix: 01-02-2021 10:33
Baxış sayı: 3445Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























