Reklam
Erməni nazir Kəlbəcərsiz dağ turizmindən danışmağın mənasız olduğunu deyir
28-01-2021 09:20
Kəlbəcərin Azərbaycana qaytarılması Ermənistana çox böyük zərbə vurub.Ermənistanın turizm mütəxəssisləri açıqlamalar verir ki, ölkəyə gələn turistlərin sayı kəskin azalacaq. Xüsusilə dağ turizmi sıradan çıxıb. Turistlərin diqqətini çəkən yerlərin əksəri Kəlbəcər ərazisinə düşür. Deməli, Ermənistanın daha dağ turizmindən danışmasının mənası yoxdur.
Dalidag.az xəbər verir ki, ətraf mühit naziri Romanos Petrosyan mətbuata açıqlamasında başqa problemi də qabardıb. O, Göyçə gölünün əsas qida mənbələrinin Azərbaycanın nəzarətinə keçdiyini deyib: “Sevan gölünün (Göyçə - red.) qidalandığı Vorotan və Arpa (Bərgüşad və Arpaçay – red.) Kəlbəcər ərazisindən keçir. İndi bura Azərbaycanın nəzarətindədir. Barəsində ciddi narahat olacağımız məsələdir”.
Petrosyan jurnalistlərlə söhbətində deyib ki, rəhbərlik etdiyi nazirliyin bu istiqamətdə səlahiyyəltəri böyük deyil. Buna görə nazir həm Ermənistanın Müdafiə Nazirliyinə, həm də Baş Nazir Aparatına müraciət edib.
Romanos Petrosyan nazir poztuna 2020-ci ilin iyulunda təyin olunub. 41 yaşlı siyasətçi buna qədər Kotayk vilayətinin qubernatoru vəzifəsini tuturdu. Petrosyan qubernator vəzifəsinə məhz 2018-ci il inqilabından sonra gətirilmişdi. O, nazir postunda keçirdiyi ilk günlərdə müsahibə zamanı Göyçə gölünün problemlərindən danışmışdı. Petrosyan su təsərrüfatından düzgün istifadə edilməməsi nəticəsində ciddi boşluqlar yarandığını demişdi.
Göyçə Cənubi Qafqazın ən böyük gölü sayılır. Göl dəniz səviyyəsindən 1926 metr yüksəklikdə yerləşir. Göyçə sönmüş vulkanlarla əhatə olunub, sahəsi 1243 kvadratkilometrdir. Burada forel balığına çox rast gəlinir.Göyçə gölünü Ermənistanda “Sevan” adlandırırlar. Razdan çayı mənbəyini məhz buradan götürür. Xüsusilə Arpaçay Göyçə gölünün əsas qida mənbəyi sayılır. Göyçənin su ilə lazımi təminatı üçün Arpaçaydan ora 48.3 kilometr uzunluğunda tunel çəkilib. Gölün ətrafında xeyli qanunsuz tikili inşa olunub. Ermənistan hökuməti illərdir məsələyə məsuliyyətsiz yanaşır. Son illər möhtəkirlik üzündən gölün balıq ehtiyatı xeyli azalıb./bizimyol.info
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 28-01-2021 09:20
Baxış sayı: 3337Yazı axını
02 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
Ən çox oxunanlar
02-02-2026 17:30









.jpg)


















