Reklam
Kəlbəcərdə təkrar "Yenilik"çi olması diləyilə- Əməkdaşımıza doğum günü təbriki
27-01-2021 18:47
Şairlər yurdu kimi tanınan Kəlbəcərdə insanların mayası sözdən tutulub sanki. Tanrı vergisidi, ya o möcüzə yurdun torpağından, havasından, suyundan, əsrarəngiz təbiətindən, təkrarsız gözəlliklərindən vəcdə gələn ruhların bətninə dolan duyğuların dünyaya doğuluş şəklidimi, bilmirəm ancaq bu bir faktdır. Kəlbəcərdə sözün dillənməsi, cana gəlməsi bir başqadı. Bəlkə, o səbəbdəndir ki, orda sözə tapınanlar, şair kimi, jurnalist kimi yetişənlər çoxdu. Əlbəttə, o torpağın yetirdiyi tanınmış elm adamları, həkimlər, müəllimlər və başqa sahələrdə fəaliyyət göstərən mütəxəsislər də var. Ancaq söz daha doğma sənətə çevrilib cənnət məkan Kəlbəcərdə.Bu gün sözə, qələmə üz tutan kəlbəcərlilərdən biri, Dalidag.az-ın əməkdaşı Oqtay Salahovun doğum günüdü. Əməkdaşımız uzun illər Kəlbəcərdə fəaliyyət göstərən "Yenilik" qəzetində çalışıb. O illərdə qəzetin baş redaktoru Zimistan Həsənov, əməkdaşlardan Məhəmməd Nərimanoğlu, Amil Novruzov, Qəhrəman Nağıyev, Qənifə Səmədova və digərləri ilə çiyin-çiyinə işləyib. Dalidag.az saytının qurucusu Namiq Dəlidağlının da ilk addımlarını atdığı qəzet hazırda Gəncə şəhərində "Kəlbəcər harayı" adı ilə çıxır.
Qeyd edək ki, Oqtay Sadıq oğlu Salahov 1961-ci il yanvar ayının 27-də Kəlbəcər rayonunun Baslıbel kəndində anadan olub.1968-78-ci illərdə Baslıbel kənd məktəbində orta təhsil alıb. 1978-1983-cu illərdə Azərbaycan Dövlət Universitetində ali təhsilə yiyələndikdən sonra əmək fəaliyyətinə başlayıb. 1983-1988- ci illərdə Kəlbəcər rayon partiya komitəsində çalışıb. 1988- ci ildən 2003- cü ilə qədər Kəlbəcər rayonunda çıxan "Yenilik " qəzetində müxbir işləyib. 2003-cü ildən hal-haziradək Kəlbəcər rayon 80 saylı tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat fənlərini tədris edir. Ailəlidir. İki qızım və iki nəvəsi var.
Dalidag.az olaraq, dəyərli əməkdaşımızı doğum günü münasibətilə təbrik edir, sevinci, uğuru bol sağlam ömür diləyirik. Arzu edirik ki, tezliklə Kəlbəcərə dönsün və doğma "Yenilik"də fəaliyyətini davam etdirsin.
Sevinc Qərib
Kateqoriya: Sosium
Tarix: 27-01-2021 18:47
Baxış sayı: 3412Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15



























