Reklam
“Baydenə zəng vur, Əliyevlə danışsın, imtina etməyəcək”
27-01-2021 09:30
Ermənistan cəmiyyətini əsirlərin qaytarılması məsələsi xüsusi narahat edir. Moskva görüşündə də baş nazir Nikol Paşinyandan gözləntilər əsasən bu istiqamətdə idi.
Hökumət başçısı Rusiya paytaxtından bu mənada yaxşı xəbərlə gəlməyəndə onu böyük tənqid atəşinə tutmuşdular. Əsirlərin qaytarılması Ermənistan üçün hələ də yaralı yer kimi qalır.Dalidag.az xəbər verir ki, amerikaşünas Suren Sarqsyan sosial şəbəkə səhifəsində bununla bağlı təkliflər paketini yazıb. O, noyabrın 8-dən hökumətə tövsiyələr verdiyini bildirib. Sarqsyan Paşinyana təklifini vacib addımlar ardıcıllığı ilə təqdim edib. Amerikaşünas əvvəlcə ABŞ-ın yeni prezidenti Co Baydenə zəng vurmağın vacibliyini fərqləndirib:
- Onu qələbə münasibətilə təbrik et.
- Siyasi gündəmi formalaşdıra bilmirsənsə, onda iqtisadi gündəmə keç. İqtisadi layihələr təklif et (artıq 1000 dəfə demişəm). Söz ver ki, ABŞ investisiyalarına Ermənistanda problem olmayacaq.
- İran və ABŞ prezidentlərinin görüşünün təşkilatçılıq məsələsində texniki dəstək təklif et (azərbaycanlılar artıq bu istiqamətdə işləyirlər).
- Aprelin 24-nə qədər Ermənistan-Türkiyə dialoquna başlamayacağını təsdiqlə (bu ona qondarma soyqırımın tanınması məsələsində mane olacaq, söhbət həm də mümkün tanınmanı təxirə salmaq üçün türklərin dialoqa istinad etmək strategiyasından gedir).
- Ondan (yəni Baydendən – red.) öz nəzarəti altında 10-15 əsirin geri qaytarılmasının təşkilini xahiş et, Əliyevlə danışsın. O, dəqiq imtina etməyəcək, çünki belə humanitar aksiyalar onun özünə lazımdır. Əliyev isə ona imtina cavabı verməyəcək – mümkün deyil.
- 907 saylı qətnaməyə münasibətinə görə təşəkkür et (qalanını başa düşəcəklər).
- “Minilliyin çağırışları” məsələsini qaldır. Biz artıq bütün kriteriyalara cavab veririk (iqtisadi göstəricilər baxımından).
- Nəhayət, başa sal ki, (bizə olmasa da, ona) Artsaxla bağlı nə istəyirsən və edirsən.
Suren Sarqsyan Ermənistan mətbuatında tez-tez görünür. O, beynəlxalq siyasətlə bağlı çoxlu açıqlamalar verir. İran haqda həmişə geniş açıqlamaları ilə seçilir..bizimyol.info
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 27-01-2021 09:30
Baxış sayı: 4272
Yazı axını
08 / 01 / 2025
07 / 01 / 2025
07 / 01 / 2025
07 / 01 / 2025
06 / 01 / 2025
05 / 01 / 2025
03 / 01 / 2025
02 / 01 / 2025
02 / 01 / 2025
02 / 01 / 2025
02 / 01 / 2025
01 / 01 / 2025
01 / 01 / 2025
31 / 12 / 2024
31 / 12 / 2024
31 / 12 / 2024
29 / 12 / 2024
28 / 12 / 2024
28 / 12 / 2024
27 / 12 / 2024
26 / 12 / 2024
26 / 12 / 2024
25 / 12 / 2024
25 / 12 / 2024
24 / 12 / 2024
23 / 12 / 2024
Ən çox oxunanlar