Reklam
Kəlbəcərlinin evi yandı - Azər Qocayev hadisə yerində - ŞƏKİL
22-01-2021 13:46

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev yanğın baş vermiş əraziyə baş çəkib, mövcud vəziyyətlə yerindəcə tanış olub.
Dalidag.az xəbər verir ki, 21.01.2021-ci il tarixdə saat 18:00-18:30 radələrində Kəlbəcər şəhər sakini, Kərimova Gülnarə Əli qızına məxsus, Gəncə şəhəri, Gülüstan qəsəbəsi Azərbaycan Dövlət Aqrar Universitetinin 6 saylı yataqxanasının ətrafında yerləşən ümumi sahəsi 50 kvadrat metr olan birmərtəbəli, iki otaqlı fərdi yaşayış evi qaz sızması nəticəsində içərisində olan ev əşyaları ilə birlikdə yanmışdır. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmamışdır.
Bu gün Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev hadisə yerinə gələrək yanğından zərər çəkmiş Gülnarə Kərimova ilə görüşüb. G.Kərimovaya mövcud problemlərinin həllində səlahiyyətləri çərçivəsində yardım göstərəcəyini bildirilib. Gülnarə Kərimova onunla görüşə gələn və dərdinə şərik çıxan rayon rəhbərinə göstərdiyi qayğı və diqqətə görə təşəkkür edib.
Hal-hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən ev sahibinə dəymiş zərərin miqdarı araşdırılır.
Dalidag.az

Kateqoriya: Sosium
Tarix: 22-01-2021 13:46
Baxış sayı: 3425Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15



























