Reklam
Fevralın 1-dən dərslər başlayır - RƏSMİ
22-01-2021 12:19
Baş nazir Əli Əsədov “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” qərar imzalayıb.Dalidag.az-ın məlumatına görə, qərara əsasən, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2021-ci il 1 fevral tarixindən tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili sanitar-epidemioloji vəziyyətlə bağlı Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyləri əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarına əsasən təhsil pillələri və səviyyələri üzrə mərhələli şəkildə təmin edilsin. 2. Müəyyən edilsin ki: 2.1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən bu Qərarın 1-ci hissəsinə uyğun olaraq tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə 2 qərar qəbul edildiyi halda, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil müəssisələrinin təsisçiləri də tabeliklərində olan təhsil müəssisələrinə münasibətdə eyni qərarlar qəbul edirlər; 2.2. xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun tənzimlənir. 3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu Qərardan irəli gələn digər məsələləri həll etsin.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 22-01-2021 12:19
Baxış sayı: 3275Yazı axını
02 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
Ən çox oxunanlar
02-02-2026 17:30









.jpg)


















