Azər Qocayev Kəlbəcərli 20 Yanvar şəhidinin ailəsini ziyarət edib - ŞƏKİLLƏR

20-01-2021 15:21
Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Kəlbəcər rayonundan olan 20 Yanvar şəhidi Cabbarov Firuz Vəli oğlunun ailəsini ziyarət edib.
Dalidag.az xəbər verir ki, bu gün  “20 Yanvar – Ümumxalq Hüzn Günü”  münasibətilə, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Kəlbəcər rayonundan olan 20 Yanvar şəhidi Cabbarov Firuz Vəli oğlunun  ailəsini ziyarət edib. Görüşdə Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş soydaşlarımızın əziz xatirəsi anılıb, onların qəhrəmanlıq səlnaməsindən söz açılıb. Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev  20 Yanvar hadisələrinin milli azadlıq hərakatının zirvəsi olduğunu bildirərək bu hadisələr zamanı şəhid olmuş insanların xalqımızın qəlbinə azadlıq toxumu əkdiklərini bildirib. RİH başçısı Azər Qocayev qeyd edib ki, 20 Yanvar faciəsi zamanı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev həyatını təhlükə qarşısında qoyaraq, Azərbaycanın Moskvadakı o vaxtkı nümayəndəliyinə gedərək bəyanatla çıxış edib və bu vəhşi hərəkəti təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı amansız cinayət adlandırıb. İcra başçısı çıxışında Ulu Öndərin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ilk dəfə hüquqi-siyasi qiymətin verildiyini və cənab Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 20 Yanvar şəhid ailələrinə və əlillərinə dövlət qayğısının artdığını, onların maddi-məişət şəraitinin, iş və mənzillə təminatının daim yaxşılaşdırıldığını diqqətə çatdırıb. Azər Qocayev vurğulayıb ki, bütün şəhidlərimiz kimi Sizin oğlunuzun da ruhu indi şaddır. Cənab prezidentimiz İlham Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət nəticəsində  ölkəmiz qüdrətlənmiş və düşmənə ağır zərbələr endirərək, torpaqlarımızı işğaldan azad etmişdir. Bu qələbə Ali Baş komandan cənab İlham Əliyevin iradəsi, qətiyyəti, xalqımızın birliyi  və dəmir yumruğu hesabına qazanılmışdır.
Görüşdə çıxış edən şəhidin atası Cabbarov Vəli ailəsi adından onlara göstərilən diqqət və qayğıya görə cənab Prezidentə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirib. Görüşdə ailəni narahat edən problemlər dinlənilmiş və ailəyə maiddi yardım edilmişdir.
Dalidag.az




Kateqoriya: Sosium
Tarix: 20-01-2021 15:21
Baxış sayı: 3232
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını
 
 
 
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024