Reklam
Kəlbəcər RİH-inin başçısı Azər Qocayev şəhidlərin xatirəsini yad edib- ŞƏKİLLƏR
20-01-2021 13:45
Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda həlak olan şəhidlərin xatirəsi ehtiramla yad edib.
Dalidag.az xəbər verir ki, Qanlı Yanvar hadisəsi ölkəmizin hər yerində olduğu kimi Kəlbəcər rayonunda da, dərin hüzn və kədər hissi ilə qeyd olunmuşdur.
Tədbirdə pandemiya şəraitinə uyğun olaraq sosial izolyasiya qaydalarına əməl etməklə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı cənab Azər Qocayev, Rayon İcra Hakimiyyətinin əməkdaşları və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak etmişdir. Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda həlak olan Kəlbəcər şəhidlərin xatirəsinə ucaldılmış Kəlbəcər şəhidlərinin abidə kompleksi ziyarət olunmuş, abidə önünə əklil qoyulmuş və tər qərənfillər düzülmüşdür.
Çıxış edən Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı cənab Azər Qocayev qeyd etmişdir ki, Qanlı Yanvar hadisələrindən 31 il keçməsinə baxmayaraq, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının o vaxtkı rəhbərlərinə və onların Azərbaycandakı əlaltılarına dərin nifrətini bildirir.20Yanvar faciəsinə ilk dəfə Ulu öndər Heydər Əliyev hüquqi qiymət vermiş və o zamankı çətin bir dönəmdə,öz həyatını riskə ataraq, qorxmadan, çəkinmədən hadisəni törədən və bu cinayyətdə əli olanları ifşa etmiş və cəzalandırılmasını tələb etmişdir.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev hər zaman dövlətimizinin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş şəhidlərimizin xatirəsini uca tutmuş, hər il 20 Yanvar qurbanlarını ziyarət edərək öz hörmət və ehtiramını bildirmişdir.Bu gün hər bir şəhid ailəsi cənab İlham Əliyevin diqqət və qayığısını hiss etməkdədir. Şəhid ailələrinin mənzil, məişət və həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən lazimi addımlar atılır.RİH başçısı qeyd etmişdir ki, artıq bu gün şəhidlərimizin ruhu şaddır.Cənab Prezidentin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanda bütün sahələrdə uğurlar qazanılmış, güclü ordu və xalq-iqtidar birliyi yaradılmışdır.Məhz bu birliyin sayəsində torpaqlarımız öz gücümüz hesabına düşmənlərdən azad edilmişdir.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 20-01-2021 13:45
Baxış sayı: 3303
Yazı axını
07 / 01 / 2025
07 / 01 / 2025
07 / 01 / 2025
06 / 01 / 2025
05 / 01 / 2025
03 / 01 / 2025
02 / 01 / 2025
02 / 01 / 2025
02 / 01 / 2025
02 / 01 / 2025
01 / 01 / 2025
01 / 01 / 2025
31 / 12 / 2024
31 / 12 / 2024
31 / 12 / 2024
29 / 12 / 2024
28 / 12 / 2024
28 / 12 / 2024
27 / 12 / 2024
26 / 12 / 2024
26 / 12 / 2024
25 / 12 / 2024
25 / 12 / 2024
24 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
Ən çox oxunanlar