Reklam
“Kommunikasiyaların açılması ilə ənənəvi erməni iddiaları puç olacaq” – Aqil Məmmədov
14-01-2021 11:40
“11 yanvarda Moskvada Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında keçirilmiş görüş və orada imzalanmış bəyannamə ətrafında diskussiyaların davam etdirilməsi təbii haldır. Bu diskussiyalar təkcə bizdə deyil, Ermənistan cəmiyyətində də gedir. Fərq ondan ibarətdir ki, onlarda Moskva görüşünün nəticələri Ermənistanın növbəti uğursuzluğu kimi qiymətləndirilir. Əslində də, belədir”.
Dalidag.az xəbər verir ki, bu fikirləri turkustan.info-ya açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov bildirib.
Millət vəkili hesab edir ki, indiki mərhələdə Azərbaycanın iqtisadi məsələləri, həmçinin, kommunikasiyaların açılmasını ön plana çəkməsi, əslində siyasi gedişlərdir: “Ermənilər öz işğalçılıq siyasətinə, eyni zamanda, Dağlıq Qarabağdakı bölücülük fəaliyyətlərinə hər zaman onunla haqq qazandırmağa çalışıblar ki, Azərbaycan xalqı ilə bir yerdə yaşamaq onlara təhlükə yaradır. Hazırda, bölgədə olan Rusiya sülhməramlıları da Qarabağdakı erməni icmasını “təhlükədən” qorumaq üçün orada olduğunu bildirir. Belə bir şəraitdə Azərbaycan kommunikasiya xətlərinin açılmasını təşviq etməklə, ermənilərin planlarını alt-üst edir. Əgər sabah Ermənistan Azərbaycan ərazisindən – avtomobil və dəmir yolu vasitəsilə tranzit kimi istifadə edəcəksə, artıq, Azərbaycan xalqı ilə birgə yaşayışın təhlükəliliyi iddiası ortadan qalxacaq. Necə ola bilər ki, Azərbaycanın bir hissəsindən nəqliyyat yolu kimi təhlükəsiz istifadə edirsən, digər bölgəsində sənin üçün təhlükə var? Bu halda, artıq, bizdə çoxlarını narahat edən sülhməramlılara da gələcəkdə ehtiyac qalmayacaq. Həmçinin, Xankəndi, Ağdərə, Xocavənd üzərindən keçən yollar da açılacaq”.
A.Məmmədov hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan dəqiq siyasət həmişə olduğu kimi bu məsələdə də öz müsbət nəticələrini verəcək.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 14-01-2021 11:40
Baxış sayı: 3352
Yazı axını
07 / 01 / 2025
07 / 01 / 2025
07 / 01 / 2025
06 / 01 / 2025
05 / 01 / 2025
03 / 01 / 2025
02 / 01 / 2025
02 / 01 / 2025
02 / 01 / 2025
02 / 01 / 2025
01 / 01 / 2025
01 / 01 / 2025
31 / 12 / 2024
31 / 12 / 2024
31 / 12 / 2024
29 / 12 / 2024
28 / 12 / 2024
28 / 12 / 2024
27 / 12 / 2024
26 / 12 / 2024
26 / 12 / 2024
25 / 12 / 2024
25 / 12 / 2024
24 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
Ən çox oxunanlar