Reklam
Kəlbəcər RİH-nin başçısı Azər Qocayev ANAMA nümayəndələrini qəbul edib - ŞƏKİL
11-01-2021 17:53

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev ANAMA-nın Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə şöbəsinin müdiri Musa Calalovu qəbul edib.
Dalidag.az xəbər verir ki, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev görüşün vacib və əhəmiyyətli olduğunu bildirib. Kəlbəcər rayonunda da Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq, təhlülkəsizlik tədbirlərinin həyata keçirildiyini vurğulayan icra başçısı qeyd edib ki, rayon sakinlərinin, eləcə də rayonumuza gələn digər şəxslərin təhlülkəsizliyini qorumaq bizim əsas vəzifələrimizdən biridir. Bunun üçün də Rayon İcra Hakimiyyəti ilə ANAMA daha sıx şəkildə qarşılıqlı əməkdaşlıq etməli, rayon sakinləri arasında maarifləndirmə işlərini gücləndirməlidir.
ANAMA-nın Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə şöbəsinin müdiri Musa Calalov və baş mütəxəssis Vaqif Sadıqov öz növbələrində bildirmişdirlər ki, bundan sonra da Rayon İcra Hakimiyyəti ilə sıx əməkdaşlıq edəcəklər. Rayonun idarə və müəssisələrində, məktəblərdə və rayon əhalisinin sıx məskunlaşıdığı ərazilərdə maarifləndirmə və təbliğat işlərini gücləndirəcəklər.
Dalidag.az

Kateqoriya: Sosium
Tarix: 11-01-2021 17:53
Baxış sayı: 3512Yazı axını
25 / 09 / 2026
24 / 09 / 2026
22 / 09 / 2026
22 / 09 / 2026
21 / 09 / 2026
20 / 09 / 2026
19 / 09 / 2026
18 / 09 / 2026
18 / 09 / 2026
18 / 09 / 2026
17 / 09 / 2026
17 / 09 / 2026
16 / 09 / 2026
15 / 09 / 2026
15 / 09 / 2026
15 / 09 / 2026
Ən çox oxunanlar





























