Reklam
AB səfirindən Bakıya “maraqlı” təbrik: “Qələbə” demədi...
01-01-2021 11:12
2020-ci il həyatımıza gətirdiyi bir çox dəyişikliklər və çətinliklərlə yadda qalacaq. Bu il həm də bütün dünyada COVİD-19 ilə mübarizədə həmrəylik və dəstək ili oldu.Dalidag.az xəbər verir ki, bu sözləri Avropa Birliyinin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Azərbaycan xalqına bayram müraciətində deyib.
O, bu mübarizədə AB-nin “Avropa komandası” (Team Europe) təşəbbüsünə qoşularaq, Azərbaycan və Şərq Tərəfdaşlığının digər üzv ölkələrinə pandemiyaya qarşı dəstək verməsindən məmnun olduğunu bildirib:
“Bu il həm də Azərbaycan üçün taleyüklü bir il oldu. Azərbaycan xalqına, xüsusilə də koronavirusla mübarizədə və Qarabağ müharibəsində yaxınlarını, doğmalarını itirənlərə başsağlığı verirəm. 2020-ci il həm də hamımıza əlimizdəkilərin dəyərini bilməyi öyrətdi. Hamınıza cansağlığı, hərəkət sərbəstliyi və başınızın üstündə dinc səma arzulayıram! Yeni iliniz və Həmrəylik Gününüz mübarək”.
Qeyd edək ki, 2020-ci il Azərbaycanın işğalda olan torpaqlarının böyük hissəsinin hərb yoluyla qaytarıldığı və ərazi bütövlüyümüzün bərpa olunduğu il kimi tariximizə düşür.axar.az
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 01-01-2021 11:12
Baxış sayı: 3333Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15



























