Reklam
Ərdoğandan erməni hərbçilərə: Dərhal dayandırın!
31-12-2020 13:02
Türk hərbçilərinin Azərbaycanda olmasının özü dövlətlərarası münasibətlərin səviyyəsinin göstəricisi və qürur mənbəyidir.Dalidag.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Hərbçilərə müraciət edən Ərdoğan atəşkəs rejiminin izlənməsi missiyasında uğurlar arzulayıb və Qarabağla bağlı Birgə Mərkəzin öz işinə tezliklə başlayacağına ümidvar olduğunu bildirib.
Ərdoğan qeyd edib ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında 44 gündə tarixi qələbə qazanıb:
“Azərbaycan Ordusunu Dağlıq Qarabağ və ona bitişik bölgələrin erməni işğalından azad olunması münasibətilə bir daha təbrik etmək istəyirəm. Türkiyə sakinləri Azərbaycanın qələbəsinə azərbaycanlıların özləri qədər sevinir”.
Ərdoğan, həmçinin çıxışı zamanı erməni hərbçilərə Qarabağda atəşkəsi pozmaq cəhdlərini dərhal dayandırmağı tövsiyə edib: “Bu, səhv bir yoldur!”
Dövlət başçısı vurğulayıb ki, Türkiyə bütün beynəlxalq platformalarda Azərbaycanı dəstəkləməyə davam edir:
“Türk hərbçiləri dünyanın bir çox ölkəsində onlara verilən bütün vəzifələri yerinə yetirirlər - Somalidən Kosovaya, Əfqanıstandan Qətərə, Suriyadan Liviyaya. Dünyadakı sülh və sabitliyə töhfə verən hərbçilərimizə uğurlar arzulayıram”.axar.az
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 31-12-2020 13:02
Baxış sayı: 3386Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15



























