Reklam
Ermənistanın ən böyük 3-cü SES-i Azərbaycanın nəzarətinə keçdi
26-12-2020 12:06
Xəbər verdiyimiz kimi, Qubadlı rayonu ilə Ermənistanın Gorus rayonunun sərhədində yerləşən Vorotan qəsəbəsinin bir hissəsi Azərbaycan ərazisi olduğundan ermənilər dünən oranı tərk ediblər.Dalidag.az xəbər verir ki, bu gün “Hraparak” (“Meydan”) qəzetinə açıqlma verən Vorotan qəsəbəsinin bələdiyyə sədri Surik Ohancanyan Vorotan (Bərgüşad) çayının sol sahilində Azərbaycan bayrağının dalğalandığını deyib.
Bələdiyyə sədri bildirib ki, bu mövqedə "Tatev" SES, Gorus-Qafan yolunun 4 km uzunluğundakı hissəsi yer alır. Bələdiyyə sədri deyib ki, qardaşına məxsus ev də Azərbaycan tərəfində qaldığı üçün oranı tərk etməli olub.
Məlumat üçün bildirək ki, “Tatev” SES Bərgüşad çayının üzərindəki Vorotan şəlaləsinin aşağı hissəsində yerləşir. Vaxtı ilə Ermənistanda üçüncü ən böyük su elektrik stansiyası olub.
Su elektrik stansiyasının ilk hidroelektrik bloku 1970-ci ildə işə salınıb. SES-in gücü 157,2 MW, orta illik istehsal gücü 670 milyon kilovat-saatdır. “Tatev SES” Ermənistanın enerji sistemində son dərəcə vacib rol oynayıb.
2015-ci ildə stansiyanın sahibi olan “Vorotan Kaskad SES” “Tatev” SES-I Amerikanın “ContourGlobal” şirkətinə 180 milyon dollara satıb.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 26-12-2020 12:06
Baxış sayı: 3380Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























