Reklam

Məcburi köçkünlərin müəyyən olunmuş limit üzrə borcları tam ödənilir - Rəsmi
23-12-2020 11:20

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Dalidag.az-a verilən məlumata görə, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” 23 yanvar 2017-ci il tarixli 1206 nömrəli Fərmanına əsasən, kompakt şəraitdə müvəqqəti məskunlaşmış, fərdi qaydada təbii qazla təmin olunmayan obyektlərdə yaşayan 7189 məcburi köçkün ailəsinin müəyyən olunmuş limit üzrə istehlak etdiyi təbii qazın dəyəri Komitə tərəfindən hər ay vaxtında və tam şəkildə “Azəriqaz” İB-nə ödənilir.
Yuxarıda göstərilən borc məbləği 2010-cu il yanvarın 1-dən 24 noyabr 2020-ci ilə qədər dövrdə məcburi köçkünlərin təbii qazdan müəyyənləşdirilmiş limitdən artıq istehlak etməsi nəticəsində yaranıb.
Məcburi köçkünlərin müəyyən olunmuş limitdən artıq istehlak etdiyi təbii qazın ödənilməsi üçün Dövlət Komitəsinə büdcə vəsaitinin ayrılması nəzərdə tutulmayıb.
Məcburi köçkün abonentlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə müasir tələblərə cavab verən yeni salınmış çoxmərtəbəli yaşayış komplekslərinin qazanxanalarında istehlak olunan təbii qazın dəyərinin ödənilməməsi ilə bağlı qeyd etmək istərdik ki, mövcud qanunvericilik əsasında, məcburi köçkünlərin istilik və isti su təchizatına görə hesablanan vəsait 2017-ci ilin sonuna qədər olan dövr üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada tam ödənilib. Hazırda 2018-ci ildən yaranmış borcların həmin qaydada ödənilməsi imkanları müzakirə edilir.
Ümumiyyətlə, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanına əsasən, hər bir məcburi köçkünə və onlara bərabər tutulan şəxsə yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən vahid aylıq müavinət ödənilir.
Dalidag.az



Yazı axını
10 / 09 / 2025
09 / 09 / 2025
09 / 09 / 2025
08 / 09 / 2025
07 / 09 / 2025
07 / 09 / 2025
07 / 09 / 2025
06 / 09 / 2025
06 / 09 / 2025
05 / 09 / 2025
04 / 09 / 2025
03 / 09 / 2025
02 / 09 / 2025
01 / 09 / 2025
31 / 08 / 2025
30 / 08 / 2025
29 / 08 / 2025
29 / 08 / 2025
28 / 08 / 2025
28 / 08 / 2025
25 / 08 / 2025
25 / 08 / 2025
Ən çox oxunanlar