Reklam
Qazaxın 7 və Naxçıvanın Kərki kəndi BU TARİXƏ QƏDƏR qaytarılacaq
21-12-2020 19:01
Paşinyanın planı məlumdur: Sünikdə (Zəngəzur) başlanan prosesi (Qubadlı-Zəngilan istiqamətində dövlət sərhədinin bərpası) tamamlamaq, sonra Tavuşa (Qazaxın 7 kəndi) keçmək.Dalidag.az xəbər verir ki, bu barədə “Dejavü” teleqram kanalı mənbələrinə istinadən yazıb.
“Tavuşdan sonra isə Tiqranaşen (Naxçıvanən Kərki kəndi) qaytarılacaq”- mənbə kanala deyib.
Mənbə iddia edir ki, proses uğurla başa çatandan sonra plana uyğun olaraq, Türkiyə ilə münasibətlər normallaşdırılacaq, Rusiyanın 102-ci hərbi bazasından imtina ediləcək, NATO-nun qapıları açılacaq: “Bu proqram 2021-ci ilin 20 yanvar tarixindən gec olmayaraq reallaşdırılmalıdır. Nikolun planı 20 yanvar 2021-ci il tarixinə qədər hakimiyyətdə qala bilməkdir, ondan sonra türk-amerika güclərinin müdafiəsi altında olacaq”.
Bu iddianın bir neçə tərəfi var:
Birincisi, Ermənistanda hakimiyyətə qarşı siyasi mübarizədən qaynaqlanır. Bu baxımdan Rusiya bazasının çıxarılması ehtimalı kiçikdir. Əksinə, bölgədə Bakının təklif etdiyi altılıq (Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan İran və Ermənistan) platforması daha inandırıcıdır. Bunun üçün ilk növbədə Ermənistan işğalında qalan ərazilər qaytarılmalı, Azərbaycan və Ermənistan arasında beynəlxalq səviyyədə tanınmış dövlət sərhədi bərpa olunmalıdır. Rusiya bazasının çıxarılması iddiası daha çox Paşinyan hakimiyyətini devirmək üçün Moskvadan dəstək almağa hesablanıb.
İkincisi, yanvarın 21-nə qədər bu ərazilərin – Qubadlı-Zəngilan istiqamətində pozulmuş dövlət sərhədinin bərpası, Qazaxın işğalda qalan 7 kəndinin (Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli) və Naxçıvanın Kərki kəndinin qaytarılması inandırıcıdır. Hazırda bu istiqamətdə proses gedir. publika.az
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 21-12-2020 19:01
Baxış sayı: 4990Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15



























