"Bizə qələbə bəxş edən fatehdən Eldar Həsənovun azadlığı sevincini də gözləyirik!" - Rövşən Hüseynov

18-12-2020 20:18
Ağa qara demək nadan işidir. Yüz illər əvvvəldə olub belə nadanlar, bədxahlar, yüz illər sonra da olacaq. Tarix hər zaman şahidlik edib, belə nadürüst, nakəslərin xain xislətlərinə. Nədən bu xatırlatmanı etdim?! Bu gün bəzi saytlarda, dərc olunan yazıları gördükdən sonra, bir daha bu qənaətə gəldim ki, xain xoflu olar. Kimdir bu sifarişli yazıları yazdıran "yaramazlar"?! Həsənov soyadı kəlbəcərlilərə, qarabağlılara eləcə də  Azərbaycanımıza yaxşı tanışdır. Türk dünyasının sayılıb-seçilən şəxsiyyətli övladı, dəyərli ziyalısı Eldar Həsənov haqqındadır bu yazım.
Kəlbəcər rayonunun Laçın kəndində ziyalı ailəsində - mərhum əməkdar müəllim Hümbət Həsənovun ocağında dünyaya göz açan Eldar Həsənov min illər yaşı olan, zirvəsi qarlı dağlar qoynunda, halal  ailədə halal çörəklə böyüyən, mayası-qayəsi halalla yoğrulan, haramın nə olduğunu bilməyən ailədə tərbiyələndi, oxudu, təhsil aldı. Fəaliyyətə başladığı ilk zamanlardan dövlətə, dövlətçiliyə bağlı olan E.Həsənov hansı sahədə fəaliyyət göstərməyinin fərqində olmadı heç zaman. Çünki amalı Azərbaycan dövlətinə sədaqətlə xidməti olub. İşlədiyi qurumlarda fəaliyyətini elə qurub ki, hər zaman rəhbərlik tərəfindən gördüyü işlər rəğbətlə qarşılanıb. İkinci böyük şəhərimizdə Gəncə şəhər Polis idarəsinin rəisi, interpolun Azərbaycanda ilk rəhbəri, qurucularından olan Eldar Həsənov layiqincə şərəfli xidmət keçmişdir. Daxili işlər nazirinin müavini, Respublika baş prokuroru olmaq və nəhayət Azərbaycanımızı xaricdə təmsilçilik də varmış taleyin qismətində. Səfir kimi fəaliyyət göstərdiyi ölkələrdə də Azərbaycan dövlətçiliyinə sadiqliyi, idarəçilik bacarığı sayəsində ölkəmiziı ləyaqətlə, şərəflə təmsil etmişdir Eldar Həsənov. Eldar Həsənovun fəaliyətinə hər zaman dəyər verən, qiymətləndirən ulu öndər Heydər Əliyevə olan hörmət və ehtiram əlaməti olaraq, Heydər Əliyevin və digər Azərbaycan ziyalılarının, abidələrinin Avropada  ucaldılması, Eldar Həsənov sədaqətinin bariz nümunəsidir. Həyatı, fəaliyyəti şəffaf olan, Azərbaycan xalqının sevgisini qazanmağı bacaran Eldar Həsənov təmsilçisi olduğu bölgənin də sayılıb-seçilən, hörmətli ziyalısı, ağsaqqalı kimi qəbul edilir. Ölkəmizin ən çətin ağır günlərində, düzgün seçim etmək bacarığı, uzaqgörənliyi nəticəsində, ölkədaxili siyasi arenalarda baş verən  silahlı qarşıdurmalar, çəkişmələr zamanı bir mənalı olaraq Heydər Əliyev kursunu seçərək, ona dəstək olmağı qarşısına məqsəd qoymuşdur. O, ağır zamanda, Naxçıvanın blokadada olduğu çətin dövrdə öz dəstəyini köməyini əsirgəməmişdir. Nəticədə E.Həsənov çətin günlərdə göstərdiyi dəstəyə görə, o zaman Naxçıvan Ali Məclisinin sədri olan ulu öndərimiz tərəfindən təşəkkür, minnətdarlıq məktubu almışdır. 1993-cü ildə Kəlbəcər rayonununun əhalisinin məcburi köçkün kimi yerləşdirilməsində əlindən gələn dəstəyi dövlətimizdən və doğma elinin insanlarından əsirgəməmiş, hər cürə dayaq olmağa çalışmışdır. Bu gün də Kəlbəcər camaatı qürur hissi ilə Eldar Həsənovun yaxşılıqlarından söz açır. Hörmət edilən bir nəslin nümayəndəsi olaraq, Kəlbəcər camaatına da Heydər Əliyev yolunun düzgün yol olduğunu bəyan etmiş, ölkə başçısına dəstək olmağı daima təbliğ etmişdir. Böyük lider Heydər Əliyev Eldar Həsənovun fəaliyyətinə, onun sədaqətinə inamın, güvənin nəticəsi olaraq, onu daha yüksək vəzifəyəyə təyin edərək, Respublikanın baş prokuroru kimi öz komandasında işləməyə dəvət etmişdir. O ağır dönəmdə 5 il çiyin-çiyinə, çalışmış, birgə xidmət etmişdirlər. Səfir təyin edildikdən sonra da ölkəmizin ictimai, siyasi həyatında aktiv fəaliyyət göstərmişdir. 2003-cü il prezident seçkilərində tək Kəlbəcər rayonunun deyil, ətraf rayonların əhalisi də ehtiramla, hörmətlə yanaşdıqları Eldar Həsənovun çağırışlarını unutmayıb. E. Həsənov Qarabağ camaatının Heydər Əliyev davamçısı olan İlham Əliyev cənablarını dəstəkləməyə çağırmışdı. Beləliklə, sədaqətini aşkar şəkildə nümayiş etdirmişdir. Bu gün bəzi nadürüstlər Cənab Prezident İlham Əliyev və Eldar Həsənov münasibətlərinə kölgə salmağa, bilərəkdən cəmiyyətdə fərqli fikir formalaşdırmağa çalışanlar, qarayaxmaqdan belə çəkinmirlər. Eldar Həsənov şəcərəsinə bələd olan hər kəs bilir ki, Eldar Həsənov yaddaşında, düşüncəsində, xəyanətə yer yoxdur, ola da bilməz. Yolu bəlli, yönü bəlli kişinin oğlu yolun, yönün dəyişməz. Bu yol Azərbaycan dövlətinə, dövlətçiliyinə sadiqlik yolu, Heydər Əliyev siyəsətini layiqincə davam etdirən İlham Əliyev kursuna sadiqlik yoludur. Vətən savaşında DTX- nin təcridxanasından belə Ali Baş Komandan İlham Əliyev cənablarına dəstəyini ifadə etmiş, böyük qələbə münasibətilə Ali Baş Komandanımızı təbrik etmişdir! Bu dəstək qələbə təbriki yuxarıda qeyd etdiyim nadanlara bir mesaj olmalıdı. Eldar Həsənov harada olmasından asılı olmayaraq, Ulu Öndərdən bizlərə miras qalan siyasi xəttinə, İlham Əliyev cənablarına sadiq olduğunu göstərir. Eldar Həsənov da, öz növbəsində Əliyevlər siyasətinə hər zaman sadiqdir! Azərbaycan vətəndaşı  olaraq inanıram, ümid edirəm ki, haqq-ədalət öz yerini tutacaqdır. İlham Əliyev cənabları haqqa söykənərək, Eldar Həsənova humanist yanaşımı nəticəsində əfv edərək, bizləri bir daha  sevindirəcəkdir! Şəxsim adından, ailəm və doğmalarım adından Böyük Sərkərdə, Ali Baş Komandanımız İlham Əliyev cənablarından xahiş edirik. Heydər Əliyev kursuna sadiq, İlham Əliyev cənablarının yürütdüyü siyasətin birmənalı təbliğatçısı  olan, elimizin dəyərli ziyalısını, mərd oğlunu haqq etdiyi azadlığa qovuşduracağına inamımız, ümidimiz böyükdür. Azərbaycan qanunlarının aliliyinə və ilahi ədalətə inanaraq Eldar Həsənovun günahsızlığına inamımız, güvənimiz olduğu üçün cənab prezidentimiz İlham Əliyev cənablarından ədalət gözləyirik! Bizlərə Böyük Qələbə, Kəlbəcərlilərə Kəlbəcərin, Azərbaycanımıza Qarabağın, Dilqəm Əsgərovun, Şahbaz Quliyevin azadlıq sevincini  yaşadaraq, könülləri fəth edən, böyük sərkərdəmizdən, fatehdən Eldar Həsənovun azadlığı sevincini də gözləyirik! 

Rövşən Hüseynov, şair publisist

Dalidag.az




Kateqoriya: Sosium
Tarix: 18-12-2020 20:18
Baxış sayı: 38 358
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını
 
 
 
 
 
29 / 04 / 2024